Azərbaycan və Ermənistan Qazaxıstanda mahnı müsabiqəsində bir-birlərinə ən yüksək xalı verib
Yusif Nəzərli
06:51 22.09.2025
Şou
634
Qazaxıstanda “Silk Way Star” yarışmasının ilk mərhələsi başa çatıb.
APA “Kazinform”a istinadən xəbər verir ki, birinci mərhələdə 12 iştirakçının hər biri mahnını öz ana dilində ifa edib.
Məlumata görə, start mərhələsinin özəlliyi ondan ibarətdir ki, heç bir iştirakçı layihəni tərk etməyib, yəni bütün iştirakçılar qələbə uğrunda mübarizəni davam etdirəcəklər.
Münsiflər heyətinin qərarı ilə birinci yerdə 126 xalla malayziyalı müğənni Yazmin Əziz, ikinci yerdə 122 xalla özbək müğənni Madinabonu Adilova, üçüncü və dördüncü yerlərdə müvafiq olaraq 120 xalla Türkmənistandan Dovran Şammiyev və gürcü iştirakçı Avtandil Abeslamidze qərarlaşıb.
“Silk Way Star” beynəlxalq yarışmasına 10 epizod daxildir, hər buraxılışın müddəti 100 dəqiqədən çoxdur. Yayım üç dildə - qazax, Çin və ingilis dillərində aparılır. Təşkilatçılar tamaşaçılara müxtəlif janrlarda eksklüziv musiqi nömrələri vəd edirlər.
Yarışmaya sentyabrın 20-də Qazaxıstanda start verilib, növbəti mərhələ isə Çində keçiriləcək.
Final “Grand Şou” noyabrın 22-də keçiriləcək.
Yarışma zamanı yaddaqalan məqam da olub. Belə ki, Azərbaycan və Ermənistandan olan jurilər hər iki ölkəni təmsil edən ifaçılara qarşılıqlı olaraq ən yüksək – 10 xalı veriblər. İlk olaraq azərbaycanlı jüri erməni ifaçısı Saro Gevorgyana 10 xal verib, erməni jüri isə cavab olaraq Azərbaycanı yarışmada təmsil edən Səbinə Quluzadəni 10 xala layiq görüb.
Qeyd edək ki, ilk dəfədir Azərbaycan və Ermənistan nümayəndələri beynəlxalq müsabiqədə bir-birlərinə ən yüksək xalı veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat