
Rusiya seçkiöncəsi təzyiqlərini artıracaq - ŞƏRH
Rusiya seçkiöncəsi təzyiqlərini artıracaq - ŞƏRH
05:21 30.10.2025
Siyasət
635
Ermənistanda gərginlik artır
Paşinyan növbədənkənar seçkilərlə siyasi maneələri aradan qaldırmaq niyyətindədir
Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərinin önə çəkiləcəyi ilə bağlı xəbərlər yayılır. "Hraparak" nəşri yazıb ki, Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırır. Qəzetin iddiasına görə, seçkilərə hələ 8 aylıq zaman qalmasına baxmayaraq, baş nazirin seçki qərargahının rəhbəri və təşviqat üzrə müavinini təyin etməsi siyasi sferanı, hətta öz tərəfdarlarını belə təəccübləndirib. Vurğulanıb ki, Paşinyanın tələskənliyi onun komandasında bir çoxlarına liderin növbədənkənar seçkilərə hazırlaşdığı təəssüratını yaradıb. Budəfəki marafonda seçki qərargahına müdafiə naziri Suren Papikyan deyil, baş nazirin aparat rəhbəri Araik Arutyunyanın rəhbərlik etməsi onun Paşinyana sədaqəti ilə izah olunur. Qeyd olunur ki, baş nazir siyasi rəqiblərini, Robert Koçaryanı və onlara dəstək verən Rusiyanı hazırlıqsız yaxalamaq məqsədilə seçkiləri önə çəkə bilər. Çünki Moskvanın bütün rıçaqlarını işə salaraq, Ermənistandakı seçkilərə müdaxilə edəcəyi şübhəsizdir.
Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında Ermənistanda vəziyyətin kifayət qədər gərginləşdiyini, Rusiyanın seçkiöncəsi İrəvana təzyiqini artıracağını deyib. Deputatın sözlərinə görə, Ermənistan hökumətinin nümayəndələri proseslərin hansı istiqamətə yönəldiyini açıq şəkildə ictimaiyyətə bəyan edirlər:

"Moldovada keçirilən seçkilərdə istəyinə nail ola bilməyən Rusiya Ermənistanda məqsədinə çatmaq üçün bütün imkanlarını səfərbər edəcək. Seçkilərə qədər gərginliyin artacağı indidən görünür. Gərginlik fonunda Paşinyan ona rəqib ola biləcək, problem yaradacaq fiqurları sıradan çıxarmaqdadır. Baş nazir siyasi rəqiblərini zərərsizləşdirib. Rusiyanın Ermənistana göndərdiyi oliqarxlar da neytrallaşdırılıb. Paşinyanın ən ciddi rəqibi Kilsədir. O, Kilsəyə qarşı müharibə elan edib, rəhbərlikdə olan keşişlərdən 14 nəfəri saxlanılıb. II Qareginlə bağlı ardıcıl kompromatlar yayılır. Paşinyan qələbəyə gedən yolda bütün əngəlləri aradan qaldırmağı hədəfləyir. Növbədənkənar seçkilərlə bağlı söhbətlər məhz hakim komanda tərəfindən ortaya atılır. Xatırladım ki, 2021-ci ildə Paşinyan vaxtından əvvəl istefa verdi və növbədənkənar seçkilərdə uğur qazandı. Təbii ki, hökumət başçısı Ermənistan daxilindəki vəziyyətdən, real təhdidlərdən məlumatlıdır. O səbəbdən baş nazirin istefa verərək növbədənkənar seçkilərə getməsi ehtimalı var. Paşinyan özündən əmindir. Qərb də ən yüksək səviyyədə dəstək nümayiş etdirir ki, növbəti dönəmdə hakimiyyətdə qala bilsin".
Parlament üzvü hesab edir ki, Rusiya Ermənistan üzərindən Cənubi Qafqaza nəzarəti əldən buraxmaq istəmir:
"Rusiyanın faktiki olaraq bölgədə sonuncu nöqtəsi Ermənistandır. İrəvan hakimiyyəti Rusiyanın seçkilərədək təzyiqini artıracağı, hətta daha radikal üsullara, təxribatlara əl atacağının fərqindədir. Rusiya Ermənistan daxilində iğtişaşlarla yanaşı, hərbi müdaxilələrə də əl ata bilər. Bunları önləmək üçün N.Paşinyanın növbədənkənar seçkiləri nəzərdən keçirəcəyi inandırıcıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya