Sənət çətin, əmək qarşılığı az: Professor həkim çatışmazlığının səbəblərini açıqladı
13:31 30.10.2025
Gündəm
683
“65 yaş həkimlər dərhal pensiyaya getməməlidir. Təcrübəli kadrların bölgələrdə qalması mühümdür”
Hazırda həm dünyada, həm də Azərbaycanda həkim çatışmazlığı ciddi problem olaraq qalır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, əksər rayonlarda bu çatışmazlıq müşahidə olunur. O bildirib ki, bu, təkcə Azərbaycanda deyil, demək olar, bütün dünyada mövcud olan problemdir.
Qurbanovun qeyd etdiyinə görə, həkimlərin yetişdirilməsi uzunmüddətli prosesdir və bu səbəbdən regionlarda çətinlik daha çox hiss olunur. Problemin həlli məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir və ilin sonuna qədər bütün ixtisaslar üzrə bölgələrdə həkim təminatının tam bərpası planlaşdırılır.
Professor Adil Qeybulla Sherg.az-a hazırda bütün dünyada müşahidə olunan həkim çatışmazlığının səbəbinin bu sənətin çətinliyi, peşəyə qoyulan yüksək tələblər və bunun müqabilində göstərilən əməyin yetərincə maddi qarşılığının olmaması ilə bağlı olduğunu bildirib:
"Bunu açıq şəkildə etiraf etmək lazımdır. Məsələn, Almaniya və İngiltərə kimi inkişaf etmiş ölkələrdə də vəziyyət belədir. Bu səbəbdən də həmin ölkələr xaricdən həkim dəvət etməyə məcbur olurlar.
Səhiyyə xərcləri olduqca yüksəkdir və ölkələr bu xərcləri qarşılasa da, həkimlər çox vaxt bu şərtlərdən tam razı qalmırlar. Ümumiyyətlə, bütün ixtisaslar üzrə, istər şəhərlərdə, istərsə də kənd və regionlarda həkim təminatı ciddi problemdir. Buna görə də region prinsipi üzrə işin təşkili vacibdir.
Məsələn, Sovet dövründə kəndlərdə ambulatoriyalar, rayonlarda isə müalicə-diaqnostika mərkəzləri fəaliyyət göstərirdi. Bu təcrübədən istifadə edərək bütün mövcud imkanları səfərbər etmək, həkimlərin bölgələrdə işləməsi üçün maksimum şərait yaratmaq və onları bu işdə maraqlı edəcək stimullaşdırıcı tədbirlər görmək lazımdır.
Həmçinin, 65 yaşı tamam olan həkimləri dərhal pensiyaya göndərmək əvəzinə, əgər onların istəyi varsa, yaxın regionlarda fəaliyyətlərini davam etdirmələrinə şərait yaratmaq məqsədəuyğundur".
Professor söyləyib ki, mövcud resursların maksimum dərəcədə səfərbər edilməlidir:
"Düşünmürəm ki, bu problem ilin sonuna qədər tam həll olunsun, lakin bu istiqamətdə ardıcıl çalışmaq vacibdir. Həkim çatışmazlığı məsələsi daim aktual qalacaq, buna görə də əsas məqsədimiz mövcud resursları qoruyub saxlamaq və onların səmərəli istifadəsini təmin etmək olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya