60 yaşı tamam olan müəllimlərə ŞAD XƏBƏR
Yusif Nəzərli
13:31 03.05.2023
Cəmiyyət
397
"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsi və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edilib. Yeni dəyişikliklərə əsasən, ümum təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür".
Bakupost.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz.
"Bu halda müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər. İclasda çıxışım zamanı sertifikalaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflərimi təqdim etdim. Əvəlla, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.
Sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə, o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region
Eyni gündə 6 əməliyyat etdirən qadın öldü
12:37 25.08.2026
Hadisə
Aspirin ən təhlükəli insulta səbəb ola bilər
12:15 25.08.2026
Sağlamlıq
Rusiyadan Ermənistana xəbərdarlıq: Bədəli ağır olacaq
11:57 25.08.2026
Gündəm
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
11:37 25.08.2026
Hadisə
Rusiyada yeni səfərbərlik olmayacaq - Peskov
10:45 25.08.2026
Dünya
Robert Köçəryan və oğlu saxlanıldı - YENİLƏNDİ
10:34 25.08.2026
Region
"Euronews"un rəhbəri jurnalistləri beynəlxalq əməkdaşlığa çağırıb
10:30 25.08.2026
Media
Ali Məhkəmə sələmçilərə xəbərdarlıq edib
10:29 25.08.2026
Cəmiyyət
Azərbaycana turist axını 9 %-dən çox azalıb
10:06 25.08.2026
Cəmiyyət
Ağdamda sahibkar və şirkət əməkdaşı həbs edildi
10:01 25.08.2026
Hadisə
Azərbaycan neftinin qiyməti 95 dollara enib
09:34 25.08.2026
İqtisadiyyat
Robert Köçəryan saxlanıldı
09:21 25.08.2026
Region
Qızılın qiyməti 4 750 dolları ötüb
08:44 25.08.2026
İqtisadiyyat