Bu tarixin əbəbdiləşdirilməsi, daim yaddaşlarda qalması üçün dövlət tərəfindən bir sıra addımlar atılıb.
“8 Noyabr” - Zəfər günü əbədiləşdirilir !
Yusif Sultanoğlu
12:59 09.12.2020
Cəmiyyət
729
“Qələbə qazandığımız hər günün əbədiləşdirilməsi üçün dövlət tərəfindən görülən tədbrilər təqdirəlayiqdir”
“Bakı Metropoliteninin yeni stansiyasının “ 8 Noyabr” adlandırılması o günün bizim üçün nə qədər önəmli olduğunun göstəricisidir”
Tariximizin parlaq səhifələrindən biri 2020-ci ildə yazıldı. Vətən müharibəsində qazandığımız qələbə, torpaqlarımızın işğaldan azad edilməsi həmin səhifələrin yazılmasına yol açdı. Bir ay yarımlıq müharibə müddətində kifayət qədər tarixi gün var. Onlardan biri də Şuşanın əsarətdən qurtulduğu “8 Noyabr” qələbə günüdür.
Bu tarixin əbəbdiləşdirilməsi, daim yaddaşlarda qalması üçün dövlət tərəfindən bir sıra addımlar atılıb.
Prezident İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.
Nazirlər Kabinetinin bununla bağlı qərarında deyilib ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065 məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın.
Məlum məsələ haqqında “Sherg.az”a danışan millət vəkili Jalə Əliyeva söyləyib ki, Şuşanın qurtuluş tarixinin qələbə günü kimi Azərbaycan təqviminə yazılması olduqca əhəmiyyətlidir:
“Çünki Şuşa göz bəbəyimiz, mənəvi mərkəzimizdir. Onun işğaldan azad edildiyi gündə qələbəmizin qeyd edilməsi tarixi ədalətin zəfər çalması kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə torpaqlarımızı azad etdiyimiz, zəfər qazandığımız hər günün əbədiləşdirilməsi üçün dövlət tərəfindən görülən tədbrilər təqdirəlayiqdir.
Bakı Metropoliteninin yeni stansiyasının “8 Noyabr” adlandırılması o günün bizim üçün nə qədər önəmli olduğunun göstəricisidir. Fikrimcə, bu günün adı əbədiləşdirilərək Azərbaycanın əhəmiyyətli məkanlarına veriləcəkdir.
Ümumiyyətlə zəfər kompleksi abidəsi şəklində ölkəmizin ən görkəmli yerlərindən birində ölümsüzləşdiriləcəyini düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya