
800 manata işləmək olmur
Yusif Nəzərli
10:06 29.10.2023
Cəmiyyət
1087
Azərbaycanlı avtobus sürücüləri Polşaya üz tutur “Ölkədə peşəkar sürücü qıtlığı ciddi şəkildə hiss olunur”
Azərbaycanda avtobus sürücülərinin xeyli hissəsi Polşaya üz tutur. Bu proses 3 ildir ki, davam edir. Artıq yüzlərlə sürücü ölkədən gedib. Yüksək maaş onları cəlb edir və sürücülər kütləvi şəkildə ölkəni tərk edirlər”. Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib. O qeyd edib ki, Polşada sürücülər Azərbaycanda aldıqlarından təxminən 4 dəfə çox məvacib alırlar: "Belə ki, Azərbaycanda 800 manata işləyən sürücülərə Polşada 3000 manatdan çox maaş təklif olunur. Odur ki, hazırda ölkədə avtobus sürücüsü tapmaq çox çətindir. Bu şirkət birini işdən qovan kimi o biri şirkət işə götürür. Peşəkar avtobus sürücüsü yetişdirmək üçün AYNA tərəfindən elan verildi. Məqsəd 1000 sürücü yetişdirmək idi. Həmin elana cəmi 10 nəfər müraciət edib. Hökumət bu istiqamətdə ciddi layihə ortaya qoymalıdır. Əks halda qeyri-peşəkar sürücülər avtobusların sükanı arxasına keçəcək və biz inkişaf etmək əvəzinə yenə də geri gedəcəyik - hər gün davalar, qəzalar, yolda yarışmalar və s. təkrarlanacaq”.

Məsələ ilə bağlı “Sherg.az“a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev qeyd etdi ki, bu problem ciddi şəkildə özünü göstərir:
- Bəli, belə bir problem var. Peşəkar sürücü qıtlığı ciddi şəkildə hiss olunur. Təkcə bizdə deyil, bir çox ölkələrdə bu problem müşahidə olunur. Peşəkar sürücülər harada daha çox məvacib təklif edilirsə, o istiqamətə gedirlər. Sərnişindaşıma strateji sahə olduğundan, problem hökuməti düşündürməlidir. Sürücülərə ödənilən 800-1000 manat əməkhaqqı tələbləri ödəmir. Nəzərə alaq ki, ictimai nəqliyyat stresli bir sahədir. Buna görə də sürücülərin əməkhaqqı 2 dəfə, imkan varsa, hətta daha çox qaldırılmalıdır. Mövcud durum onu göstərir ki, problem həllini tapmasa keyfiyyət aşağı düşəcək və biz sürücü qıtlığı ilə üzləşəcəyik. Qonşu Gürcüstanda da eyni problem yaşandı. Amma orada problemin qarşısını tez aldılar. İctimai nəqliyyat sürücülərinin maaşları yetəri miqdarda qaldırıldı. Əgər biz keyfiyyət göstəricilərinin yüksəlməsini istəyiriksə, sürücülərin əməkhaqqını qaldırmalıyıq. Yoxsa qaydaları sərtləşdirməklə problem həllini tapmayacaq. Bir şirkətdə işdən çıxan sürücü, digərinə gedəcək. Beləcə biz problemi həll etməyəcəyik, sadəcə onu bir yerdən digərinə transfer etmiş olacağıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm