ADB Azərbaycanda təhsilin inkişafına yeni kredit ayıracaq
ADB Azərbaycanda təhsilin inkişafına yeni kredit ayıracaq
Yusif Nəzərli
12:04 31.05.2022
Cəmiyyət
495
2022-ci ildə Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökumətinə texniki peşə təhsili inkişafı layihəsinin maliyyələşdirilməsinə 150 milyon ABŞ dolların ayrılmasını planlaşdırır.
Bunu “Report”a açıqlamasında Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Kandis MakDiqan deyib.
“Bu layihə hələ də hazırlıq mərhələsindədir. Ümid edirik ki, o, 2022-ci ilin sonuna kimi təsdiqlənəcək”, - K.MakDiqan bildirib.
Onun sözlərinə görə, ADB Azərbaycanda davamlı inkişaf layihələrində şərikli investorlardan biridir:
“ADB dəmiryolu tikintisindən tutmuş irriqasiya və təhsilə kimi xüsusi infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin edir.
Özəl layihələr baxımından ADB Azərbaycanda bərpaolunan enerji layihələrini dəstəkləyir. Bu sahədə bankın maliyyə resursları ölkədə alternativ enerji istehsal edən özəl müəssisələrinə yönəlib. 2022-ci ildə ADB digər investorlarla birlikdə “Masdar” şirkətinə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi üçün 35,7 milyon ABŞ dolları məbləğində kredit ayırdı. Gələcəkdə biz bərpaolunan enerji layihələri üzrə digər investorlarla da əməkdaşlıq etməyi planlaşdırırıq”, - K.MakDiqan qeyd edib.
Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən beş milyard ABŞ dollara yaxın vəsait alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm