
“Ağ ölüm”ün qara kabusu! - “Müharibədən sonra gəncləri zəhərləyən qüvvələr...”
Yusif Nəzərli
10:21 06.12.2022
Cəmiyyət
534
"Narkotiklə bağlı mübarizə Azərbaycanda lazımi şəkildə aparılmır. Bu gün yarım milyonluq, sabah isə müəyyən miqdarda narkotik aşkar edilə bilər.Belə hallda narkotiklə bağlı uğurlu bir nəticə əldə etmək mümkün deyil”.
Bunu “Sherg.az”a sosioloq-alim Əməd Qəşəmoğlu Şəmkir sakinlərindən yarım milyon dollarlıq narkotikin götürülməsi məsələsinə münasibət bildirərkən deyib.
Alimin sözlərinə görə, cəmiyyət çox mürəkkəbləşib, insanların düşüncələri dəyişib:

“İndiki zamanda yalnız hüquq-mühafizə orqanlarıdan kömək gözləmək və problemi onların həll edəcəyini düşünmək yanlışdır. Narkotikə qarşı mübarizədə birlikdə addımlamalıyıq. Azərbaycanın quru sərhədləri bağlı olduğu halda, bu qədər maddə ölkəyə necə gətirilə bilir? Gətirilmirsə, deməli, narkotik istifadəçiləri tərəfindən hazırlanır və bunu önləmək elə də çətin olmamalıdır.
İkinci Qarabağ mübaharibəsində gənclərimizin necə qorxmaz ürəyə sahib olduğunu bütün dünya gördü. Müharibə dönəmindən sonra sanki gəncləri zəhərləmək istəyən qüvvələr daha da artdı. Bunu bir növ düşmən təxribatı da adlandıra bilərik. Məlum durum vətəni müdafiə edənlərin sayını azaltmaq üçün nəzərdə tutulmuş planın təkib hissəsi də ola bilər. Prosesin qarşısı alınmasa, bu yolda çox gənci itirəcəyik. Narkotiklə mübarizə ciddi şəkildə aparılmalıdır".
Qeyd edək ki, ötən gün Şəmkir sakinlərindən yarım milyon dollarlıq narkotik götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon sakinləri - Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12 000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan “qara bazar”da təqribi qiyməti yarım milyon ABŞ dollarına yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət