
Ailələrimizi televiziyalar məhv edir: Real addımlar atılmalıdır
Yusif Nəzərli
11:48 01.06.2025
Cəmiyyət
475
Ekspert: “Boşanma və psixoloji travmaların kökündə televiziya proqramları dayanır”
Milli Məclisin dünən keçirilən iclasında deputat Ceyhun Məmmədov ölkəmizdə boşanmaların və uşaqların törətdikləri cinayətlərin kəskin şəkildə artmasının ailə institutuna böyük zərbə vurduğunu vurğulayıb. Deputat qeyd edib ki, ailə dəyərlərinə zidd televiziya verilişləri də sosial-mədəni mühitə mənfi təsir göstərir və bu cür proqramların yayımının dərhal dayandırılması vacibdir.
C.Məmmədov əlavə edib ki, cəmiyyətin də bu prosesə laqeyd yanaşmaması, xüsusilə 16 yaşlı qızın toyunda iştirak edən hər kəsin həmin qanunsuz əməlin məsuliyyətinə şərik sayılması zəruridir. Ailə institutunun gücləndirilməsi üçün atılmalı əsaslı addımlar və media siyasətinin yenidən nəzərdən keçirilməsi günün tələbidir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət də “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyətində ailə institutunun zəifləməsi, boşanma hallarının artması, uşaqların psixoloji travmalarla üz-üzə qalması artıq təkcə sosial yox, həm də milli təhlükəsizlik məsələsinə çevrilməkdədir. Onun sözlərinə görə, bu neqativ tendensiyanın kökündə duran əsas səbəblərdən biri də televiziya kanallarında yayımlanan, ailə dəyərlərini ciddi şəkildə sarsıdan, əxlaqi sərhədləri aşan verilişlərin çoxalmasıdır:
“Real fakt budur ki, televiziya kanalları bir çox hallarda ailə dəyərlərini, cəmiyyətin ən həssas mövzularını reytinq və reklam naminə ayaq altına alır. Ənənəvi olaraq məhrəm sayılan və evdən kənarda müzakirəsi ar bilinən məsələlər bu gün canlı efirə çıxarılır, ailə münaqişələri, şəxsi münasibətlər kütləvi tamaşaya çevrilir. Gəlin-qayınana, ata-oğul, ana-qız münasibətləri ictimai müzakirənin predmeti olur. Bu tendensiya isə cəmiyyətin psixoloji-mənəvi mühitinə zərbə vurur. Yeni texnologiyaların geniş yayıldığı bir dövrdə ailələrin dağılması, boşanmaların artması və nəticədə uşaqların parçalanmış ailələrdə böyüməsi ciddi psixoloji fəsadlara yol açır. Travmalarla böyüyən gənclər gələcəkdə sosial adaptasiya çətinlikləri, psixoloji pozuntular, hətta intihara qədər gedib çıxan problemlərlə üz-üzə qalırlar. Bu da təəssüf ki, artıq statistikada da öz əksini tapmağa başlayıb. Boşanma halı cəmiyyətimizdə o qədər adiləşib ki, artıq gənclər ailə qurmağa məsuliyyətli addım kimi yanaşmır. “Pis olsa, boşanarıq” düşüncəsi evlilik institutunu ciddi şəkildə sarsıdır. Nəticədə isə ən ağır yükü uşaqlar daşıyır – onlar həm mənəvi, həm də sosial baxımdan gələcəyə şikəst şəkildə daxil olurlar”.
A.Həsrətin fikrincə, bütün bu halların qarşısını almaq üçün mütləq qabaqlayıcı tədbirlər görülməlidir:
“Bu sahədə təkcə tənqid və çağırış yetərli deyil, konkret dövlət siyasətinə ehtiyac var. Televiziya kanallarına ailə dəyərlərini qoruyan, mədəni, maarifləndirici və intellektual verilişlər hazırlamaq üçün dövlət tərəfindən maliyyə dəstəyi ayrılmalıdır. Hazırda bu cür verilişlərin reytinqinin aşağı olması və maddi gəlir gətirməməsi əsas bəhanə kimi göstərilir. Lakin əgər dövlət telekanalların ailə dəyərlərinə zidd verilişlərdən əldə etdiyi 2-3 milyonluq reklam gəlirini kompensasiya etsə, eyni zamanda müəyyən tələblər qoysa, bu zaman keyfiyyətli məzmunun formalaşmasına real zəmin yaranar. Əgər bu sahədə ardıcıl və məqsədyönlü iş aparılsa, zamanla ictimai zövq də dəyişəcək, tamaşaçı maarifləndirici və səviyyəli verilişlərə yönələcək. "Saçyoldu" verilişlərinin yerini mədəni diskussiyalar, ailə psixologiyası, hüquqi maarifləndirmə və intellektual proqramlar tuta bilər. Azərbaycan dövləti ailə institutunun qorunmasını prioritet elan edibsə, bu sahədə konkret addımlar atmalı və medianın tənzimlənməsi istiqamətində hüquqi və maliyyə mexanizmlərini işə salmalıdır. Əks halda ailə dəyərlərimizin eroziyası davam edəcək və bunun fəsadları uzunmüddətli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət