AMEA: Qarabağ və Şərqi Zəngəzurda səhralaşma riski yüksəkdir
11:30 27.12.2021
Cəmiyyət
1041
Azərbaycanda yağıntının mümkün buxarlanmaya nisbəti ilə hesablanmış iqlim indeksi kəmiyyətinin 0,65-dən kiçik olduğu sahələr respublika ərazisinin 60%-dən çoxunda yayılıb.
APA-nın məlumatına görə, bu “Qarabağın coğrafiyası: Təbii .ərait və resurs potensialı” tədqiqatında yer alıb.
Bildirilib ki, qeyd olunan kriteriyaya görə, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin əksər inzibati rayonlarında, o cümlədən Füzuli, Cəbrayıl, Ağdam, Xocavənd, Zəngilan, Qubadlı, Tərtər, Bərdə, Ağcabədi və Yevlax rayonlarında rütubətlənmənin iqlim indeksi 0,65-dən azdır. Yalnız Kəlbəcər, Laçın, Şuşa və qismən Ağdərədə bu göstərici 0,65-dən böyükdür. Deməli, Qarabağ və Şərqi Zəngəzur bölgəsində arid və semiarid landşaftlar orta respublika göstəricisindən bir qədər çoxdur. Bu da ərazidə səhralaşma risklərini artırır.
Tədqiqatda qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı fonduna aid olan torpaqlarının 576,8 min hektarı su eroziyasına uğrayıb: “Yevlax, Bərdə, Ağcabədi rayonlarının torpaq fondunun xeyli hissəsi, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonlarının torpaqlarının qismən hissəsi şorlaşma və təkrar şorlaşmaya məruz qalıb. Qarabağ və Şərqi Zəngəzur ərazisinin işğal altında qaldığı otuz ilə yaxın bir müddətdə təbii və antropogen landşaftlar tənəzzül edib. Ötən otuz il müddətdə işğala məruz qalmış inzibati rayonlarda torpaqlar vəhşicəsinə istismar edilib, hər il əkin və örüş otlaq sahələri yandırılıb, yeraltı sərvətlər talan edilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda səhralaşma prosesi intensiv xarakter alıb. İşğaldan azad olmuş inzibati rayonların ərazilərində əhalinin məskunlaşdırılması zamanı, landşaft planlaşdırması işlərini həyata keçirərkən neqativ hallar aradan qaldırılmalıdır. Tədqiqat ərazisində səhralaşmaya səbəb olan örüş-otlaq sahələri Füzuli, Cəbrayıl, Ağdam və Yuxarı Qarabağ bölgəsinin payına düşür”.
Coğrafiya İnstitutu tərəfindən Qarabağ və Şərqi Zəngəzurun irimiqyaslı səhralaşma riskləri xəritəsi tərtib edilib. Xəritənin təhlilindən məlum olur ki, ərazinin 37,1%-i çox yüksək, 6,0%-i yüksək, 20,6%-i orta, 10,5%-i mülayim, 11,7%-i zəif, 14,1%-i isə çox zəif səhralaşma riskli landşaftlardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət