Aminin xalası “Şərq”ə danışdı: “Hədsiz dərəcədə...” - Rayona gətirilib?
Yusif Sultanoğlu
10:55 15.12.2020
Cəmiyyət
515
Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Bunun nəticəsində 14 dekabr 2020-cil tarixindən etibarən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.
Azərbaycan vətəndaşları olan əsir və girovların Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.
Onların içərisində İkinci Qarabağ müharibəsində əsir düşən Amin Musayev də var. Xatırladaq ki, Aminin yaralı halda düşmən tərəfindən ələ keçirilərkən çəkilən videosu sosial şəbəkələrdə yayıldı. Həmin görüntülər hər birimizi üzdü. Lakin igid əsgərimizin məğrurluğu, düşmənin cavabını verməsi bizi qürurlandırdı.
Günlərdir, bütün Azərbaycan tək ürək olub, onun geri qaytarılmasını gözləyirdi. Dualarımız Aminlə başlayıb, aminlə qurtarırdı.
Nəhayət o xoş xəbəri eşitdik. Onun Bakıda, həkimlərimizin himayəsində olduğunu gördük.
Hər kəs çox sevinclidir. Hər halda ailəsi bir başqa hisslər keçirir. Elə onların münasibətini, ovqatını öyrənmək üçün özləri ilə əlaqə saxladıq.
Göz aydınlığı verib, təəssüratlarını bizimlə bölüşmələrini xahiş etdik. Aminin xalası Nübar Abadova "Sherg.az"a yüksək əhval- ruhiyyədə olduğunu bildirdi. O söylədi ki, hələ rayona nə vaxt gətiriləcəyi ilə bağlı məlumatları yoxdur:
“Dövlətimiz özü hər işlə məşğuldur. Bizə ehtiyac qalmır. Hədsiz dərəcədə sevincliyik. Necə ki, cənab Prezident torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi, eləcə də əsirlərimizi qısa müddətdə Vətənə qaytardı.
Sağ olsun Ali Baş Komandanımız. Belə Prezidenti olan ölkə büdrəməz. Ailəmiz adından bizə bu sevinci yaşatdığı üçün cənab İlham Əliyevə təşəkkür edirik. Amin əsirlikdə olanda bizimlə maraqlanan bütün soydaşlarımıza minnətdarlığımızı ifadə edirik.
Bütün ictimaiyyət Aminlə maraqlandı, Amin deyən dillər var olsun. Anasının, Ailəsinin,Qazax-Ağstafa camaatının adından yanımızda olan aidiyyəti qurumlara, hət kəsə təşəkkür edirik, dövlətimiz sağ olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat