
Ana südü mətbəxlərinə ehtiyac varmı? - MÜNASİBƏT
07:41 04.11.2023
Cəmiyyət
577
Axır ki, Ombudsman biz deyənə gəldi Ölkədə ana südü mətbəxlərinin yaradılması gözəl təşəbbüsdür “Ana südünün bir damlası belə onu gözləyən təhlükələr, gələcək xəstəliklərə qarşı profilaktikadır”
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib. O, bu təklifi Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı irəli sürüb.
Aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır.
Milli genofondun və ailə sağlamlığının əsası kimi körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkili məqsədilə “ana südü mətbəxləri”nin təşkil edilməsinə ehtiyac var.
Görəsən, xanımlar bu mətbəxlərə süd verməyə razı olacaqlarımı? Bundan başqa hazırda belə mətbəxlərə həqiqətən ehtiyac varmı, həmin mətbəxlərin yaradılmasına insanların münasibəti necə olacaq?
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı da “Sherg.az"a açıqlamasında bu məsələ ilə bağlı bir neçə dəfə təklif verdiyini xatırladıb:

“Lakin ciddiyə alınmadı. Nəhayət ki, Ombudsman illərdir dediyimizə gəlib. Bu təşəbbüs olduqca gözəl bir addımdır. Ana südü təbiətin insana bəxş etdiyi ən böyük möcüzədir. Ona görə də Azərbaycanda süd bankının, yəni ana südü mətbəxinin yaradılması çox vacibdir. Uşaqların ana südü ilə qidalandırılması faizinin getdikcə aşağı düşdüyünü nəzərə alsaq, deyə bilərik ki, həqiqətən də, genefondumuzu təhlükə gözləyir.
Bu bankın yaradılması ana südündən məhrum olan uşaqların xilası deməkdir. Ana südünün bir damlası belə onu gözləyən təhlükələr, gələcək xəstəliklərə qarşı profilaktikadır”.
L.Mehralının fikrincə, öz südünü banka bağışlayan anaların sayı da kifayət qədər olacaq. Amma cəmiyyətin bunu necə qarşılayacağı, yenicə ana olan xanımlarımızın övladlarına başqa bir ananın südünü verməsini necə qarşılayacaqları məlum deyil: “Bu bir az sual altındadır. Çünki qadınlarımızın əksəriyyəti xudbindir. Həqiqətən elə analar tanıyıram ki, onların südü yoxdur və başqa bir ananın uşağına süd verməsinə razı olmayıb, tərkibinin nə olduğu bəlli olmayan, mağazalardan alınan uşaq yeməklərindən istifadə edir. Düşünürəm ki, bu bir az xanımlarımızın eqolu olmasından, bir az da bilgisizliklərindən irəli gəlir. Bu mövzu ilə bağlı araşdırma yazanda gənc analar arasında sorğu da keçirmişdim. Əksəriyyəti “süd anası”nın əleyhinə idi. Ana südünün əhəmiyyətindən, onun körpələr üçün əvəzsiz bir nemət olduğunu izah edəndə isə çox kobud reaksiyalar verir, “övladıma başqa bir ananın süd verməsini heç vaxt qəbul edə bilmərəm” deyirdilər. Ona görə də məsləhət görərdim ki, hamilə xanımlarımız arasında ana südü ilə bağlı ciddi maarifləndirmə işləri görülsün. Xüsusilə də, doğum evlərində onlar üçün seminarlar təşkil edib, ana südünün uşaqların inkişafında necə əhəmiyyətli olduğunu izah etsinlər”.
Mexanizmin necə işləməsinə gəlincə isə sosioloq qeyd edib ki, südü bol olan, övladını yedizdirdikdən sonra artıq qalanı həmin mətbəxə bağışlaya bilər. Həmin süd soyuducularda dondurularaq saxlanılır və sonra ehtiyacı olan insanlara verilir. Südü olmayan analar süd bankına müraciət etməsə də, anasını doğuşda itirən, yaxud başqa bir səbəbdən anasız böyüyən körpələr üçün süd bankı faydalı ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya