Arxa cəbhədə korona, öndə düşmən var
Məlahət Rzayeva
10:47 03.11.2020
Cəmiyyət
724
Sevil Mikayılova: "Əsgərlərimiz döyüşə-döyüşə bizi düşünür və müraciət edirlər ki, özünüzü qoruyun, biz də ordumuzu, əsgərlərimizi düşünməliyik"
“Koronavirusa yoluxma sayındakı artım indi bizdən daha da məsuliyyətli olmağı tələb edir. Koronavirusla mübarizə artıq bir nəfərin, bir ailənin deyil, bütün xalqın vəzifəsidir”. Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili Sevil Mikayılova bildirib. Xanım millət vəkili vurğulayıb ki, pandemiyanın ikinci dalğası qonşu ölkələrdə, o cümlədən Avropanın bir sıra ölkələrində özünü ağır formada göstərməkdədir:
- Pandemiya ilə mübarizədə qalib gəldiklərini elan edən bəzi ölkələr indi daha sərt ikinci dalğa ilə üzləşiblər. Xatırlayırsınızsa, İngiltərə, yaxın qonşumuz Gürcüstan pandemiyaya qalib gəldiyini bildirmişdi.
Amma vəziyyət o həddə çatdı ki, bu ölkələr yenidən özünü təcrid vəziyyətinə düşdü. Virusun aqressivləşəcəyi proqnozlaşdırılırdı və belə də oldu.
Qardaş Türkiyə, şimal qonşumuz Rusiya əvvəlki sərt karantin rejiminə qayıdır. Bizdə də vəziyyət ürəkaçan deyil və yay aylarında nail olduğmuz uğurlu nəticə - sağalanların sayının yoluxanların sayından çox olması vəziyyəti yenə də vətəndaşlarımızın arxayınlığı ucbatından əleyhimizə dəyişdi.
Sanki əhali yoluxma sayındakı azalmanı görüb arxayınlaşdı və məsuliyyət hissi zəiflədi. Halbuki, indiki məqamda biz əvvəlkindən daha da artıq məsuliyyətli olmalıyıq. Hesab edirəm ki, pandemiya ilə bağlı vəziyyəti gərginləşdirən özümüzük. Azərbaycan Ordusu cəbhədə zəfər tarixi yazır.
İnsan resurslarımız daha çox ora cəlb edilib. Belə vəziyyətdə arxa cəbhədə hər bir vətəndaş üzərinə necə bir məsuliyyət düşdüyünün fərqində olmalıdır. Dünənədək 10 yoluxma halını mənfi göstərici hesab edirdik, bu gün yoluxma sayı 1000-i ötüb.
Deməli, hardasa səhlənkarlığa yol verilir, insanlar qaydalara əməl etmir, nəzarət zəifləyib. S.Mikayılova qeyd etdi ki, Milli Məclis tərəfindən xüsusi karantin rejimi müddətində tətbiq edilmiş cərimələr bu gün də qüvvədədir. Lakin bəzi hallarda qaydalara məhəl qoyulmur:
- Pandemiya ilə mübarizəyə cəlb edilmiş strukturlar öhdələrinə düşən vəzifəni yerinə yetirir, dezinfeksiya işləri aparılır, iaşə obyektlərində sosial məsafənin qorunmasına diqqət edilir. Amma təəssüf ki, ictimai nəqliyyatda tibbi maskalardan istifadədə səhlənkarlığa yol verilməsi, qaydalara əməl olunmaması halları var.
Hesab edirəm ki, vəziyyət belə davam edərsə, sərt yoxlamalara, nəzarətin gücləndirilməsinə ehtiyac yaranacaq. Azərbaycan Vətən savaşı apardığı bir vaxtda döyüşən ordunun mənəvi gücü çox əhəmiyyətlidir.
Əsgər ailəsi üçün narahat olmamalıdır, bilməlidir ki, arxa cəbhədə hər şey qaydasındadır. Bir halda ki, əsgərlərimiz döyüşə-döyüşə bizi düşünür və müraciət edirlər ki, özünüzü qoruyun, biz də ordumuzu, əsgərlərimizi düşünməliyik. Ölkədə hərbi vəziyyətdir, komendant saatı tətbiq edilir.
Əslində bu qaydalar bizə koronavirusla mübarizədə əlavə üstünlük verir. Bundan istifadə etməli və qaydalara birmənalı şəkildə əməl etməliyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət