Avropada koronavirusa yoluxanların sayı 100 milyonu ötüb
Yusif Nəzərli
06:54 02.01.2022
Cəmiyyət
600
Pandemiyanın başlanğıcından bəri Avropada koronavirusa yoluxma hallarının sayı yüz milyonu ötüb.
“Report”un məlumatına görə, bu barədə AFP agentliyi dövlətlərin rəsmi məlumatına əsasən xəbər verir.
Qeyd olunub ki, yanvarın 1-i, şənbə günü axşam saatlarına kimi Atlantik okeanı sahillərindən Azərbaycan və Rusiyaya qədər 52 ölkə və regionda 100 074 753 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Bu, 2019-cu ilin sonunda pandemiyanın başlanmasından bəri dünyada qeydə alınan 288 279 803 yoluxmanın üçdə birindən çoxdur.
Təkcə son yeddi gündə Avropa regionlarında 4,9 milyondan çox yoluxma halı aşkarlanıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 59 faiz çoxdur. Həftə ərzində Avropanın 17 ölkəsində maksimum yoluxma qeydə alınıb.
Nəşr bildirib ki, Avropada koronovirusun yaratdığı mənfi təsirdən ölənlərin sayı azalıb. Ötən həftə gündə orta hesabla virusa yoluxan 3 413 pasiyent vəfat edib. Bu da əvvəlki həftədən yeddi faiz aşağıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi