Azərbaycan əleyhinə açıqlamalar verən ekspert Universitetdən qovuldu
09:12 18.12.2022
Cəmiyyət
469
Azərbaycan əleyhinə açıqlamalar verən rusiyalı ekspert çalışdığı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetindən (MDBMİ) qovulub.
Bu barədə MDBMİ-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, Mixail Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və açıq-aşkar qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına, MDBMİ-lilərin qəzəbinə səbəb olub. Universitetin imicinə və maraqlarına ciddi zərbə vurulub.
"Rusiya telekanallarından birinin efirində universitetin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti vəzifəsini tutan Mixail Aleksandrov müttəfiqə xələl gətirən açıqlamalar verib. Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və açıq-aşkar qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına və MDBMİ komandasının qəzəbinə səbəb oldu. Universitetin imicinə və maraqlarına ciddi zərbə vuruldu.
Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə Aleksandrovun xidməti vəzifələrinə həddindən artıq laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında rektor əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmr imzalayıb" deyə MDBMİ-nin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, M.Aleksandrov Rusarminfo internet telekanalının efirində Laçın yolunda Azərbaycan ekoloqlarının dinc aksiyasını şərh edərkən Azərbaycan əleyhinə açıqlamalar verib. Açıq-aşkar düşmənçilik bəyanatları səsləndirən "ekspert" bildirib ki, Rusiya Bakının neft strukturuna zərbə endirməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi