Azərbaycan əsgərinin geyimi indi dünyanın ən gözəl formasıdır
Yusif Sultanoğlu
05:58 03.11.2020
Cəmiyyət
721
Müharibə başladığı gündən hamı bir nəfər kimi eyni mövzuya yönəlib: Vətən savaşı. Hər kəsin amalı, arzusu birdir. Ona görədir ki, incəsənət adamları da milli ruhlu işlər görür, layihələr hazırlayırlar. Onların içərisində rəğbətlə qarşılanan, təqdir toplayanlar var. Lakin vətənpərvərlik mövzusunu şit, bayağı, ucuz formada təqdim edənlər də az deyil.
Bəli, söhbət şou-biznes nümayəndələrinin kliplərindən, fotosessiyalarından gedir. Dəfələrlə həmin işlərdəki hərbi səhvlər barədə yazmışıq. Lakin onlar bir yana, əsgərlərimizin şərəfli formasına sayğıyla, hörmətlə yanaşmayanlar da var. Kimisi rütbələri səhv taxır, kimisi isə kamuflyaj paltarı açıq-saçıq şəkildə geyinir.
Bəs, igidlərimizin şərəflə daşıdıqları o müqəddəs formaya bu ucuz yanaşma nəvaxtadək davam edəcək?
“Sherg.az”ın suallarını cavablandıran Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı məsələ ilə bağlı bunları söyləyib:
“Bu barədə heç düşünməmişəm. Çünki indi müharibədir. Əsl hərbiçilərlə, köhnə qazilərlə, indiki dövrün döyüşçülərini bir-birindən ayırmaq son dərəcə çətindir. Cəmiyyətdə savaş ab-havası var. Hər kəs, hətta xanımlar, qızlar da öz yaraşıqlı geyimlərini kənara qoyub, hərbi forma geyinmək istəyirlər.
Bu, əhval-ruhiyə, ovqatdır. Qarşısını almaq çətindir. Amma həmin geyimə layiq olmayan, yaxud ondan süni, reklam üçün istifadə edən adamlar var. Onları da təbii ki, cəmiyyət qəbul eləmir, qınayır.
İnşallah, müharibədən sonra intizam yaranar. Hər halda Azərbaycan əsgərinin geyimi mənim gözümdə dünyanın ən ədəblisi, ən gözəlidir. O formanı ancaq ona layiq olan adamlar geyinməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya