Azərbaycan həmsədr institutunu qəbul etmir
Turan
08:57 20.11.2020
Cəmiyyət
773
Fransanın həmsədrlik səlahiyyətlərini davam etdirməyə mənəvi-siyasi haqqı yoxdur
Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərsə də, Fransa və ABŞ bununla heç cürə barışmaq istəmir. Həmsədrlər və qurum sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Moskvada Rusiya XİN-in başçısı Sergey Lavrovla geniş müzakirələr aparıblar. Maraqlıdır, İkinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasından sonra avtomatik olaraq oyundan kənar vəziyyətdə qalan Amerika və Fransa həmsədrlərinin Rusiyaya səfər etmələrinin məqsədi nədir?
Arzuolunmaz həmsədrlərin fəallaşmasını “Şərq”ə təhlil edən Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsi veteranı Əlisahib Hüseynov deyib ki, hərbi əməliyyatlar bizim qələbəmizlə bitsə də, ortada diplomatik baxımdan nizamlanmalı olan vacib məsələlər var.
Söhbət dekabrın 1-nə qədər Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla boşaldılması və Azərbaycana təhvil verilməsi, işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin yerləşdirilməsindən gedir:
“Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarının yaşayış prinsiplərinin müəyyən edilməsi, Azərbaycan-Ermənistan sərhədinin Qarabağdan keçən hissəsinin bərpası, təhlükəsizlik zolağının yaradılması, işğal nəticəsində Azərbaycana dəymiş zərərin ödənilməsi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəhlizlə bağlı problemlər mütləq həll edilməlidir. Bu məsələlərin hər biri ətrafında uzun diplomatik-siyasi danışıqların aparılacağı gözlənilir.
Odur ki, ABŞ və Fransadan olan həmsədrlər fürsətdən istifadə edib yenidən proseslərdə yer almaq istəyirlər. Çünki bu ölkələrin Cənubi Qafqazda geosiyasi maraqları var. Xüsusən, Fransa Prezidenti Emmanuel Makronun ifrat dərəcədə canfəşanlığı onu göstərir ki, onlar Qarabağa dair proseslərdə “offsayd” vəziyyətdə qalmaqları ilə heç cürə barışmaq istəmirlər”.
Partiya sədri vurğulayıb ki, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyanat Minsk qrupunun kənarda qalması ilə nəticələndi. Azərbaycan həmsədr institutunu qəbul etmir: “Rəsmi Bakı haqlı olaraq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinin süni surətdə uzadılmasının günahkarı ilk növbədə Minsk qrupudur.
Eyni zamanda 44 günlük müharibənin gedişində Makronun açıq-aşkar işğalçı Ermənistanın tərəfini tutması, Azərbaycanı əsassız iddialarla ittiham etməsi göstərdi ki, Paris Qarabağ məsələsində heç vaxt ədalətli mövqe tutmayıb və bundan sonra da tutmayacaq. Fransanın həmsədrlik səlahiyyətlərini davam etdirməyə mənəvi-siyasi haqqı yoxdur.
Fransa bu hüququnu Makronun ermənipərəst davranışlarının sayəsində itirdi. ABŞ da öz seçki “bataqlığında” ilişib qalıb. Faktiki olaraq Amerikada “ikihakimiyyətlilik” mövcuddur”.
Politoloq qeyd edib ki, indi Azərbaycan danışıqların yeni formatına - Türkiyə, Rusiya, Ermənistan, Azərbaycan “dördlüyü”nə üstünlük verir: “Bu format daha real və effektivdir.
Qarabağ məsələsinin həllini 30 ildir yubadan beynəlxalq təşkilatlar və Minsk qrupunun üzvləri artıq bu reallıqla barışmaq məcburiyyətindədir. Qarabağın taleyi hansısa güclərin geosiyasi “bazarlıq” predmeti ola bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm