Azərbaycan Ordusu düşməndən qənimət götürdüyü silahlarla təlim keçdi
Yusif Nəzərli
13:57 08.01.2022
Cəmiyyət
607
Qırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya qurğularından istifadə edib, yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdiriblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, “Hava düşməninin zərbələrinin dəf edilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya bölmələri həyəcan siqnalı ilə qaldırılıb.
Təlimin planına əsasən hücum edən bölmələrimiz şərti düşmənin pilotsuz uçuş aparatları və aviasiya vasitələrinin hava hücumu ilə mübarizə aparmalı olub.
İrəliləyən bölmələrimizin havadan müdafiəsini təmin etmək məqsədilə zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti hava düşməninin hücumunun qarşısının alınması tapşırıqları icra edilib.
Vətən müharibəsində hərbi qənimət olaraq ələ keçirilən və təmir edilərək silahlanmaya daxil edilən MT-LB tırtıllı döyüş texnikasına quraşdırılmış 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları ilə şərti düşmənin hava hücum vasitələri və yerüstü hədəfləri məhv edilib.
Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu taktiki-xüsusi təlimlərdə şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişləri təkmilləşdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi