Azərbaycanda dörd qurumun araşdırdığı 10 il əvvəlki qətlin ÜSTÜ AÇILDI
Yusif Nəzərli
13:11 27.05.2022
Cəmiyyət
407
Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdən bağlı qalmış daha bir xüsusilə ağır cinayətin açılması təmin olunub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Belə ki, 10 oktyabr 2012-ci il tarixdə Axundov Cəfər Məmmədmehti oğlunun Yasamal rayonu ərazisində özünə məxsus avtomobildə meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra icraat təzələnib, birgə həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilib ki, Şirinov Zöhrab Şirin oğlu 10 oktyabr 2012-ci il tarixdə saat 14 radələrində tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə qəbul edib.
Cəfər Axundovun narkotik sərxoşluğu vəziyyətinə düşməklə hərəkət etmək, müqavimət göstərmək imkanından məhrum olunduğunu görən Zöhrab Şirinov aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni - cüzi səbəbi bəhanə edib uzanıqlı vəziyyətdə qalmış C.Axundovun həyatı üçün vacib orqanlarının yerləşdiyi qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurmaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Daha sonra törətdiyi cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə öldüyü görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında Cəfər Axundovun meyitini sonuncunun mülkiyyətində olan “Mercedes-Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoyub. Onu Yasamal rayonu, “Qurd qapısı” adlanan ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb avtomobildə cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirərək oradan uzaqlaşıb.
27 may 2022-ci il tarixdə Zöhrab Şirinova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə