Azərbaycanda məşğul qadınların çoxu kəndlərdədir: Bunun iki səbəbi var - İZAH
Banuçiçək Kalbalıyeva
12:32 03.02.2020
Cəmiyyət
600
Aqrar Kredit və İnkişaf Agentliyinin Proqramlar və Layihələr Departamentinin rəhbəri Leyli Ağayeva Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlıq proqramının birinci seminarı zamanı respublikadakı məşğul qadınların 70 faizinin kəndlərdə yaşadığını deyib.
Onun sözlərinə görə, bu amil onu göstərir ki, aqrar sektorda məşğul qadınların rolunun artırılması layihəsi Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərən qadınların böyük hissəsini əhatə etməyə imkan verəcək:
“Azərbaycanda aqrar sektor iqtisadiyyatın prioritet sahələrindən biridir. Bu sahədə ölkə əhalisinin təxminən 40 faizi məşğuldur”.
İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Sherg.az-a danışarkən deyib ki, buna təsir edən iki əsas məqam var:
“Birinci amil pay torpaqlarıdır. Azərbaycanda 850 min pay torpağı mövcuddur. Təbii ki, həmin sahibkarlar arasında qadınlar da var. Qadınlar həmin torpaqlarda kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olurlar. Nəticədə həm iqtisadiyyat inkişaf edir, həm onların hər biri məşğul qadın kimi qeydiyyata alınır”.
Ekspertin fikrincə, ikinci səbəb isə bir sıra peşələrdə çalışanların böyük əksəriyyətinin qadın olmasıdır:
“Adətən qadınlar müəllimliklə, tibblə məşğul olurlar. Hər kənddə şərti olaraq 50 həkimin, bir o qədər müəllimin olduğunu nəzərə alsaq, onların 80-90 faizini qadınlar təşkil edir”.
Natiq Cəfərli belə düşünür ki, məşğul qadınların böyük əksəriyyətinin kəndlərdə yaşaması heç də onların cəmiyyətin ictimai-siyasi, sosial həyatında fəal rol oynamalarına dəlalət etmir.
Ekspertin sözlərinə görə, qadınların sosial həyatda üstünlük təşkil etməsi həmin cəmiyyətin daha stabil inkişafına zəmin yaradır:
“Qadınlar cəmiyyətin bütün sahlərində mühüm rol sahibidirlər. Bunu danmaq olmaz. Müşahidələr göstərir ki, Avropada qadınlar daha aktivdirlər. Ancaq bizdə qadınlar cəmiyyətin ictimia-siyasi , sosial həyatında arzuolunan səviyyədə fəal deyillər. Bunun üçün müxtəlif layihələr həyata keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə