“Azərbaycanda missionerlik var”
Yusif Nəzərli
09:00 14.10.2021
Cəmiyyət
364
Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib ki, Vətən müharibəsində qələbə, Azərbaycanın bölgədə yaratdığı yeni reallıq bir sıra dairələri ciddi narahat etməkdədir. Millət vəkili İranı nəzərdə tutaraq bildirib ki, müəyyən qruplar din pərdəsi altında ayrı-seçkilik salmağa, dövlətin həyata keçirdiyi siyasəti gözdən salmağa, Azərbaycan vətəndaşlarını dövlət əleyhinə qaldırmağa çalışırlar:
“Heç şübhəsiz ki, Azərbaycan müstəqil və güclü dövlətdir, heç kim onu haqq yolundan çəkindirə bilməz”.
Deputatın fikrincə, baş verən son hadisələr dini fəaliyyət sahəsində daha həssas və çevik qərarların qəbul edilməsini zəruri edir:
“Hesab edirəm Vətən müharibəsindəki qələbədən sonra qarşıda duran ən mühüm məsələlərdən biri dini təhlükəsizliyimizin gücləndirilməsi, din sahəsində cərəyan edən proseslərə nəzarətin daha da gücləndirilməsi, Azərbaycan Respublikasının din siyasəti konsepsiyasının qəbul edilməsi və din sahəsində çevik qərarların qəbul edilməsidir”.
Deputatın təklifi barədə fikirlərini “Sherg.az”la bölüşən ilahiyyatçı-alim Elşad Miri bildirib ki, məsələyə geniş prizmadan yanaşmaq lazımdır. Onun sözlərinə görə, ölkəmizdəki dini təhlükəsizliklə bağlı məsələni gündəmə gətirməyin əsasları yoxdur:
“Faktiki olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu günə qədər düzgün addım atmış olsaydı, yaxud da Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin xoşuna gələcək addımları bir kənara buraxıb, onlara etiraz edə bilsəydilər, düzgün maarifləndirmə işi aparılsaydı, sadəcə kitab qadağası və kitaba rəy verməklə vaxtlarını öldürməsəydilər, bu gün çox ciddi və gözəl işlər görmək olardı. Amma indi nəyisə qadağan etmək və nəyisə dini təhlükəsizlik adı altında ortalığa çıxarmağın heç bir əsası yoxdur. Məsələyə daha geniş askpektdən baxmaq lazımdır. Bəli, bu gün İran məsələsini qabardırıq, lakin Azərbaycanın özündə yayılan missionerlik var. Bununla bağlı hər hansı bir iş görülürmü? Xeyr. Çünki çoxunun bundan xəbəri yoxdur. Yehova şahidlərinin dövlətin heç bir atributun qəbul etməməsini bura şamil etmək mümkündür. Ona görə də məsələyə belə prizmadan yanaşılmasının tərəfdarıyam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət