Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi
16:32 04.12.2020
Cəmiyyət
540
Karantin qaydalarını pozaraq toy edənlər cəzalandırılıb.
APA Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 3-də Şərur rayonunda yerləşən “Siyaqut” şadlıq sarayında toy məclisinin təşkil olunması ilə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən video paylaşılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması faktını aşkar ediblər. Toy məclisinin təşkilatçısı - şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu, toy sahibi və məclisdə iştirak edənlər saxlanılaraq Şərur Rayon Polis şöbəsinə gətiriliblər.
Şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və ictimai qınaqlara məhəl qoymayan məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu xüsusi karantin qaydalarını pozduqlarına görə məhkəmənin qərarı ilə hər biri inzibati qaydada 7 sutka həbs ediliblər.
Toy sahibi və məclisdə iştirak edən digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə