“Azərbaycanda sosial təminat sistemi gücləndirilir”
Şəymən Bayramova
12:27 20.05.2020
Cəmiyyət
952
"Bir çox keçmiş sovet ölkələri kimi Azərbaycan da “Bazar iqtisadiyyatı” modeli ilə “Sosial rifah dövləti” modeli arasında qalan ölkələrdəndir".
Bu sözləri "Sherg.az"a Beynəlxalq idarəetmə standartları üzrə ekspert, iqtisadçı Asif İbrahimov deyib.
Ekspertin sözlərinə görə, bazar iqtisadiyyatı dedikdə biz, dövlətin müdaxilə etmədiyi iqtisadi mühit nəzərdə tuturuq. Bazar iqtisadiyyatında bizneslər inkişaf edir,yeni iş yerləri açılır,açılmış yeni iş yerlərinin hesabına insanlar əməyinin qarşılığında yüksək əmək haqqı alır:
"Hətta əlil insanlar belə, sağlamlığının imkan verdiyi işlərdə əmək fəaliyyətinə cəlb edilir.Əmək qabliyyətini itirmiş vətəndaşların isə sosial təminatı ödənilmiş vergilər hesabına həyata keçirilir. Təhsil, səhiyyə və bir çox digər sahələr dövlətin müdaxiləsi olmadan yüksək əmək haqqı alan vətəndaşın hesabına inkişaf edir. Sosial rifah dövlətində isə adətən dövlət insanlara ev tikir, iş yerləri açır və digər sosial təminatlarını ödəyir kimi yanaşma mövcuddur. Bu modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan qurumdur. Bunun isə obyektiv səbəbləri var. İkinci dünya müharibəsindən sonra iki yerə bölünmüş Almaniya nümunəsində izah edək. Bir tərəfdə sənayesi gündən- günə inkişaf edən,insanların məvacibi yüksək AFR,digər tərəfdə isə məvacibini,mənzilini,maşınını dövlətdən alan sosialist ADR. İndinin özündə belə, Almaniyanın sosial cəhətdən ən yaxşı təmin edilmiş əhalisi keçmiş AFR-də, işsizlikdə müavinət gözləyən əhalisi isə keçmiş ADR hissəsində yaşayır".
Keçmiş Sovet ölkələrinin isə hamısında bu problem mövcuddur. SSRİ dövründə Azərbaycanda da insanlar dövlətdən maaş, ev, maşın alıb. Hətta bu bir növ ənənəvi hala çevrilmişdi:
"Bu gün isə Azərbaycanda aktiv əhalinin təqribən 45-50 faizi büdcə və ya dövlət tərəfindən maliyyələşdirilən qurumlarda çalışırlar. Təsəvvür edirsiniz, bu nə deməkdir? Məhz bu səbəbdən Azərbaycanda ən çox şikayətlər sosial siyasəti həyata keçirən icra qurumlarındandır. Bütün bu məsələləri nəzərə alaraq Azərbaycan höküməti sosial təminat sisteminin gücləndirilməsi istiqamətində addımlar atır. Yeni yaradılan DOST mərkəzlərinin də funksiyası məşğulluğun təmin edilməsi, pensiya və təqaüdərin müəyyənləşdirilməsi,Əmək münasibətləri sahəsində sualların cavablandrılması, sosial sığorta məsələləri və digər sosial xidmətləri əhatə edir. Bildiyimə görə 2019 -2025-ci illərdə ümumilikdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Mən mövcud şəraiti nəzərə aldıqda atılan addımları müsbət qiymətləndirsəm də, Ümumilikdə götürəndə əmək qanunvericiliyində ciddi boşluqların olduğunu düşünürəm.Bu istiqamətdə ciddi işlər görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət