“Azəriqaz” rəsmisi: “Qazdan 11 il pulsuz istifadə edən MTK aşkarlandı”
Yusif Nəzərli
08:06 27.05.2022
Cəmiyyət
392
“Obyektlərdə qeyri-qanuni qaz qoşulmaları ilə bağlı mübarizələrimiz davam edir. Bununla bağlı gecə-gündüz işçi qrupumuz çalışır. Cari həftə ərzində 11 il qanunsuz qoşulma edən MTK aşkarlanıb”.
Oxu.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün “Facebook”da canlı yayımda deyib.
O bildirib ki, bu sahədə apardıqları tədbirlərə baxmayaraq, bəzi MTK-larda belə hallar baş verir:
“Bu həftə “Bakı 2010” MTK adlı şirkətin qeyri-qanuni qoşulması ilə bağlı çox ciddi işin üstü açılıb. Bizim işçi qrupu çox çalışdı ki, bu qanunsuz qoşulmaların qarşısını alsın. Bunun üçün qanuni yollar var ki, biz o prosedurları qanunauyğun şəkildə həyata keçirdik. Təftişə icazə ilə bağlı rəsmi sənəd aldıqdan sonra qurumun işçi qrupu “Bakı 2010” MTK-ya daxil olub və qeyri-qanuni birləşməni aşkar ediblər.
Məlum olub ki, MTK artıq 11 ilə yaxındır ki, “Azəriqaz” İB-nin qazından pulsuz olaraq istifadə edib. Belə ki, MTK müraciət edib ki, qazdan istifadəni dondurublar. Daha sonra müxtəlif, qanunsuz yollarla qoşulma edib, sakinləri də müxtəlif səviyyədə qazla təchiz ediblər. Dəymiş ziyanın hesablanması ilə bağlı aidiyyəti üzrə iş aparılır. Çünki SOCAR “Azəriqaz” İB-nin cərimə yazmaq kimi səlahiyyəti yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual