“Azəristilik(siz)təchizat”ın növbəti özbaşınalığı: “Əlavə pul yığır”
Yusif Sultanoğlu
13:18 18.11.2020
Cəmiyyət
717
“Camaatı soyuq aylarda istilikdən məhrum edirlər”
“Qurum hər il işini gecikdirsə də, ödəniş zamanı istilik verilməyən ayları da hesaba qatır”
“Hesab edirəm ki, “Azəristiliktəchizatı” barədə ciddi ölçü götürmək lazımdır”
“Azəristiliktəchizat” ASC Noyabrın 1-dən ucqar rayonlarda, 15-dən isə paytaxt Bakıda qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi. Elə bu haqda qurumun özü açıqlama versə də, istilik gözləyən əhalinin ümidləri puç olub. Ona görə ki, noyabrın ayının ikinci on günlüyünün bitməsinə rəğmən istilikdən əsər-əlamət yoxdur. Havanın bir anda soyuması, payızın ilıq nəfəsinin qışın soyuğu ilə əvəz olunması da insanların işlərini çətinləşdirir. Məlum qurumdan isə hələ də səs-səmir gəlmir.
İstiliyin verilməməsinə səbəb “Azəristiliktəchizat”ın “Azərqaz”a olan borcu göstərilir. Yəni illərdir ödənilməyən borclara görə qazanxanaların qazla təchizatı dayandırılıb. “Azərqaz”ın nümayəndələri üstüörtülü də olsa, durumun doğruluğunu təsdiq edir və məsələnin səbəbini qarşı tərəfin açıqlamalı olduğunu söyləyirlər. İki cəbhə arasında əziyyət çəkən isə vətəndaşlardır.
Məlumat üçün qeyd edək ki, ötən il də “Azəristiliktəchizat”ın borcunu dövlət öz üzərinə götürdü. Ya vəlvələdən, ya zəlzələdən nəticədə olmayan istilikdən “yanan” da, soyuqda qalan da vətəndaşdır. Hələ evində körpəsi, qocası olan insanlar da var.
Məlum məsələni “Sherg.az”a dəyərləndirən "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib ki, bu problem tək indi yox, hər il olur:
“Onu da deyim ki, “Azəristiliktəchizat” hər il bizdən pul yığır. Məndən, övladlarımdan ödəniş götürülür. Əlimdə olan məlumata əsasəsn deyirəm. Bəlkə də, bəzi ailələrdən pul yığa bilmirlər. Amma bunun məsələyə aidiyyəti yoxdur. Ona görə ki, istilik olduqca vacibdir. Camaatı soyuq aylarda istilikdən məhrum edirsən. Bir tərəfdən koronavirus infeksiyası var, digər tərəfdən də havalar kəskin soyuyub.
Belə olduğu halda insanları xəstələnməyə vadar edirsən. Bunun da acı nəticəsini ölkə iqtisadiyyatı çəkir, sosial gərginliyə gətirib çıxarır. Təbii ki, məsələnin üstünə vaxtında düşmək lazımdır. Əgər hansısa binada sakin istilik alır, pul ödəmirsə, onun da həll yolları var. İnzibati qaydada, ya da məhkəmə yolu ilə və sair problem aradan qaldırılar bilər. Buna baxmayaraq ayın 15-i istilik mütləq verilməli idi.”
N. İbrahimov həmçinin bildirib ki, sözügedən qurum hər il işini gecikdirsə də, ödəniş zamanı istilik verilməyən ayları da hesaba qatır:
“Hər il istiliyi 5-10 gün gecikdirirlər. Sonradan isə əhalidən bütün dövrlər üçün pul yığırlar. Onda vermədiyi istiliyin pulunu da alır. Məsələn internet də belədir. Hamıda keçən dövrdə internet olmadı. Amma hər ayın biri pulunu yığıdılar. İstilik də eynən belə edir. Gecikdirir, amma pulunu tam dövr üçün alır. Hesab edirəm ki, “Azəristiliktəchizatı” barədə ciddi ölçü götürmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz