“Azəristiliktəchizat” gücləndirilmiş iş rejiminə keçir
Yusif Nəzərli
08:35 22.12.2021
Cəmiyyət
451
“Azəristiliktəchizat” ASC sabahdan ölkədə hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alaraq, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.
Bunu "Report"a açıqlamasında qurumun Abonent və Müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə istilik təchizatı ilə bağlı heç bir problem yoxdur: “Bütün qazanxana və məntəqələrimiz tam rejimdə fəaliyyət göstərir. İstilik mənbələrimizdə heç bir problem yoxdur. Sabahdan da havaların soyuması ilə əlaqədar bütün istilik sistemləri istismar sahələrinə göstəriş verilib ki, ətraf mühitin temperaturundan asılı olaraq qazanxanalarda temperaturların artırılması ilə bağlı müvafiq tənzimləmələr aparsınlar. Çağrı mərkəzi daxil olmaqla bütün xidmətlərimiz 24 saat fəaliyyət göstərəcək. İstənilən vaxt vətəndaşlarımız müraciət etsə, dərhal yerində kömək göstəriləcək. Gecə növbəsində işləyənlərin sayını artırırıq. Xətlərdə hansısa problem yaranarsa, operativ qəza xidməti dərhal reaksiya göstərəcək. Mərkəzi dispetçer xidmətimiz 24 saat işləyir. Havalar soyuyanda qəza-təmir xidmətini daha gücləndirilmiş iş rejimində çalışdırırıq”.
R.Əliyev mərkəzləşdirilmiş istilik sisteminə qoşulmaq üçün müraciətlərin sayında artım olduğunu da deyib və bildirib ki, hazırda cəmiyyətə məxsus 563 qazanxana 3 870 yaşayış binası, 280 məktəb, 160 uşaq bağçası, 163 səhiyyə müəssisəsi, 2 mindən artıq digər sosial və təsərrüfat obyekti və 184 minə yaxın mənzili istiliklə təmin edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət