AzTV-nin əməkdaşı həkim məsuliyyətsizliyinin qurbanı olub?
08:15 06.12.2023
Cəmiyyət
526
24 yaşlı gəncin əməliyyatdan sonra ölməsi həkim məsuliyyətsizliyindən qaynaqlanmayıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Azərbaycan Televiziyasının (AzTV) mətbuat katibi Rüfət Seyidov məlumat verib. O qeyd edib ki, AzTV-nin vəfat edən əməkdaşının ailəsi hadisədə həkim səhvinin olmadığını bildirib:
“Ailədən aldığımız məlumata görə, sürücümüz Vüqar Rəsulov dekabrın 1-də özəl xəstəxanalardan birində mədəkiçiltmə əməliyyatı olunub. Əməliyyat uğurlu keçib, xəstə evə buraxılıb. Ailəsinin bildirdiyinə görə, evə gələndən sonra Vüqar çox susadığını deyib, su istəyib. Həkim suyu çox az və damcı-damcı içməyi tapşırsa da, Vüqar buna əməl etmədən birdən-birə xeyli su qəbul edib. Bundan sonra sürətlə halının pisləşdiyini müşahidə ediblər. Gənc oğlan atasına onu çox istədiyini deyib və qucaqlayıb. Ailəsi vəziyyətinin çox pis olduğunu görərək, dərhal təcili yardım çağırsa da, Vüqar xəstəxanaya aparılarkən, yolda keçinib.
Hazırda əməkdaşlarımız Şəkidə dəfn mərasiminə qatılıblar. Gənc əməkdaşımızın vəfatına çox təəssüflənirik, ailəsinə başsağlığı və səbir diləyirik”.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi