Badamdarda sürüşmə sahəsindən keçən yol bağlandı - FOTO
Badamdarda sürüşmə sahəsindən keçən yol bağlandı - FOTO
Yusif Nəzərli
08:38 05.12.2022
Cəmiyyət
312
Badamdar qəsəbəsində sürüşmə sahəsindən keçən yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
APA xəbər verir ki, Badamdar - 20-ci Sahə yolunun bağlanmasına səbəb sürüşmə zonasında təmir işlərinin aparılmasıdır.
Hazırda yaponiyalı və yerli mütəxəssislərin layihələri əsasında sürüşmə sahəsindəki yeraltı suların kənarlaşdırılması və bərkitmə işləri aparılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, təmir işləri yekunlaşana qədər yol bütün növ nəqliyyat vasitələrin hərəkəti üçün bağlı olacaq.
"Ərazidə müxtəlif texnikaların vasitəsilə təmir işləri aparılır. Hazırda təhlükəsizlik tədbirləri ilə əlaqədar qeyd olunan yolda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bununla bağlı sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Aparılan işlər yekunlaşdıqdan sonra, təhlükəsizlik tədbirlərinə nəzarət edən müvafiq qurumların rəyi əsasında yol tam istismara veriləcək”, - deyə Araz Əsgərli əlavə edib.
Qeyd edək ki, ötən il ağır yük maşınları və marşrut avtobusları istisna olmaqla digər nəqliyyat vasitələrinin Badamdar - 20-ci Sahə yolu ilə hərəkətinə icazə verilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət