Bakı şəhərində çox ciddi sıxlıq var
Yusif Nəzərli
09:46 12.04.2023
Cəmiyyət
361
Metrostansiyaların sayını 100-ə çatdırmaq lazımdır
“Hörmətli həmkarımız Fazil Mustafaya qarşı terror aksiyası təşkil edən, xarici dövlətlərlə, xüsusilə də İran xüsusi xidmət orqanları ilə işbirliyində olan cinayətkar dəstənin üzvləri ifşa olundu. Daxili İşlər Nazirliyinin əməkdaşları yüksək peşəkarlıqla bu cinayətin üstünü qısa müddətdə açdılar”.
Bunu millət vəkili Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, Bakı şəhərində təhlükəsizlik kameralarıın sayının artırılmasına çox ciddi ehtiyac var. Parlament üzvü rəqəmlərə istinad edərək bildirib ki, 9 milyon insanın yaşadığı Londonda 442 min 562 təhlükəsizlik kameraları quraşdırılıb. Bu hər 10 nəfərə bir təhlükəsizlik kamerası deməkdir: "Fiziki və hüquqi şəxslər tərəfindən quraşdırılan təhlükəsizlik kameraları, yəni ictimai təhlükəsizlik kameraları da nəzərə alınarsa, Londonda 4 milyon 441 min təhlükəsizlik kamerası var.
Bu isə o deməkdir ki, Londonda hər iki nəfərə, təqribən bir təhlükəsizlik kamerası düşür.
Bunu ona görə söyləyirəm ki, təhlükəsizlik kameraları cinayətkarların ifşa olunmasında böyük rol oynayır. Həm də onun çox böyük xəbərdaredici əhəmiyyəti var.
İnsanları cinayət törətməkdən çəkindirir. Mən vaxtilə Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunanda da dedim ki, bütün yaşayış binalarında təhlükəsizlik kameralarının quraşdırılmasını həmin tikinti şirkətlərinin öz ixtiyarına buraxmaq lazımdır".
Q.Həsənquliyev nəqliyyatdakı problemlərdən də söz açıb:
"Bakı şəhərində çox ciddi sıxlıq var. Hesab edirəm ki, xüsusi dövlət proqramı qəbul olunmalıdır. Ən əzı 5 il ərzində Bakıda metrostansiyalarının sayını 100-ə çatdırmaq lazımdır. Bunun üçün həm Dövlət Neft Fondundan vəsait ayırmaq, həm də xarici şirkətləri və investorları bu işə cəlb etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region