Bakıda binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
10:35 07.12.2023
Cəmiyyət
594
Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub.
APA-nın xəbərinə görə, qərara əsasən (Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər) paytaxt ərazisindəki binaların qorunması, onların təhlükəsiz şəkildə istismarının təmin olunması, fasad reklamlarının estetik cəhətdən paytaxtın ümumi görünüşünə uyğunlaşdırılması, o cümlədən tarixi binaların və memarlıq abidələrinin xüsusiyyətləri, texniki parametrləri və memarlıq-estetik görünüşü ilə ahəngdarlıq təşkil etməyən reklamların yayımlanmasının qarşısının alınması, bu sahədə infrastrukturun düzgün planlanması və yenilənməsi məqsədi ilə hazırlanmışdır.
Bundan əlavə, Bakı şəhərində tarixi və əhalinin sıx məskunlaşdığı binaların, yerli, ölkə və dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinin, eləcə də müasir tikililərin çoxluğu, sözügedən bina və tikililərdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərildiyi obyektlərin kifayət qədər olması paytaxt ərazisindəki binalarda yerləşdirilən reklam qurğuları ilə bağlı xüsusi formada tənzimləmənin tətbiqini zəruri edir.
Bakı şəhərində mövcud olan binaların fasadlarında, habelə vitrin üzərində quraşdırılan reklam qurğularına (reklamlara), kronşteyn və asma panel, eləcə də digər reklam qurğularına dair tələbləri və onların quraşdırılması ilə bağlı müddəaları müəyyən edir. Qərarda həmçinin, müvafiq normaların təcrübədə tətbiqini asanlaşdıracaq eskizlər (şəklillər) də əlavə olunmuşdur.
Qərar hazırlanarkən, bir sıra ölkələrin təcrübəsi öyrənilib.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi