Bakıda geyim mağazasında özbaşınalıq: Vətəndaş aldığı malı qaytara bilmir - FOTO
Bakıda geyim mağazasında özbaşınalıq: Vətəndaş aldığı malı qaytara bilmir - FOTO
Yusif Nəzərli
10:21 01.07.2022
Cəmiyyət
427
Vətəndaş aldığı geyimi qaytarmaq istəsə də, problemlə üzləşib.
Bu barədə vətəndaş Oxu.Az-ın redaksiyasına müraciət ünvanlanıb.
Vətəndaş bildirib ki, “Nərimanov” metro stansiyasının yanında “Banu” qadın geyimləri mağazasından 18 iyun tarixində 230 AZN məbləğində üst geyimi alıb:
“İyunun 19-da aldığım paltarlardan 80 AZN məbləğində birini geri qaytarmaq istəsəm də, işçilər qəbul etmədilər. Satıcı dedi ki, biz bu günə kimi heç vaxt alınan malı geri qaytarmamışıq. Haraya istəsəniz, müraciət edə bilərsiniz”.
Məsələ barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdik.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciətə qanunamüvafiq qaydada baxılır:
“Bildiririk ki, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilmirsə, istehlakçının malı dəyişdirmək hüququ var.
İstehlakçı həmin malı istifadə etmədikdə və onun əmtəə görünüşünü pozmamaqla, istehlak xassələrini, plombunu, yarlığını, həmçinin kassa qəbzini və ya ona mal ilə birlikdə verilən digər sənədləri təqdim etməklə malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində lazımi keyfiyyətli mala dəyişmək hüququna malikdir.
Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı ala və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürə, yaxud da satışa uyğun mal gələn kimi onu dəyişdirə bilər”.
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444-cü maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə təsərrüfat subyektlərinə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə tətbiq edilə bilər.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 nömrəli “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” Qərarı ilə təsdiq edilən siyahıya (Geyim əşyaları həmin siyahıya daxil edilməyib) daxil olan malların dəyişdirilməsi və qaytarılması mümkünsüzdür”, - deyə qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə