Baş Prokurorluq terrorçuluğu maliyyələşdirən şəxsi həbs edib
13:56 19.05.2020
Cəmiyyət
690
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkənin ictimai təhlükəsizliyinə qarşı yönələn təhdid və pozuculuq hərəkətlərinin qarşısının alınması və təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Qabil Əmrah oğlunun Azərbaycanda 2015-2017-ci illərdə törətdiyi aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə Almaniya ərazisində sığınacaq alaraq, Azərbaycan Respublikası ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı zamanı Q.Məmmədovun əvvəllər konkret cinayət əməllərinə görə məhkum olunmuş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün 2019-cu ildə sosial şəbəkələr vasitəsi ilə yayımladığı çoxsaylı videoçıxışlarında özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciət edərək, silahlanıb mümkün kütləvi aksiyaların gedişində Azərbaycan Respublikasının hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədi ilə dövlətə və hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Q.Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb.
Göstərilənlərlə əlaqədar hazırda barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarışda olan Q.Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla, onun Azərbaycana ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir. N.Əhmədov isə Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın pozulmasına yönələn bütün hüquqazidd əməllərin və onları törətmiş şəxslərin vaxtında aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol