"Dövlət ailə başçısını itirmiş ailələrə yardımlar edir, onlara qayğı göstərir ki, bu addım da onlardan biridir. Yaxşı olardı ki, belə ailələrdən daha az təminatlıları və uşaq sayı 3 və daha çox olanlara əlavə yardımlar da edilsin. Ailənin aylıq gəliri ən azı hər üzvünə görə minimum istehlak səbəti həcmində müəyyən edilə bilər. Bu həmin əhali qrupunun sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ən yaxşı tədbir olardı. Xüsusilə də hazırki dövrdə buna daha çox ehtiyac var".
Başçısını itirmiş ailələrin sosial müdafiəsi gücləndirilir – Qərar alqışlandı
Şəymən Bayramova
14:00 18.05.2020
Cəmiyyət
835
Elçin Bayramlı: “Atılan bu addımlar çox ədalətli və təqdirəlayiq dəyişiklikdir”
Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin ailələrin pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan həmin pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək. Misal üçün, ailə başçısını itirməyə görə ailəyə ayda 420 manat pensiya ödənilir və bu pensiya ailənin 3 nəfər üzvü arasında bölünərək (hər birinə 140 manat) verilir. Həmin şəxslərdən biri digər pensiya və ya müavinət almağa başladıqda, onun payına düşən 140 manat vəsait qalan iki ailə üzvünün pensiyasının üzərinə (hər birinə 70 manat olmaqla) əlavə olunacaq. Yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə müzakirə mərhələsindədir. Cari ilin əvvəlindən qüvvəyə minmiş digər bir qanunverciliklə ailə başçısını itirməyə görə ailəyə hüququ olduğu halda, onun üçün nəzərdə tutulan iki sosial təminat növündən birini (ailə başçısını itirməyə görə pensiyanı və ya ailə başçısını itirməyə görə müavinəti) seçmək hüququ verilib.
Sözügedən məsələni şərh edən “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı deyib ki, ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə atılan bu addımlar çox ədalətli və təqdirəlayiq dəyişiklikdir:
"Dövlət ailə başçısını itirmiş ailələrə yardımlar edir, onlara qayğı göstərir ki, bu addım da onlardan biridir. Yaxşı olardı ki, belə ailələrdən daha az təminatlıları və uşaq sayı 3 və daha çox olanlara əlavə yardımlar da edilsin. Ailənin aylıq gəliri ən azı hər üzvünə görə minimum istehlak səbəti həcmində müəyyən edilə bilər. Bu həmin əhali qrupunun sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ən yaxşı tədbir olardı. Xüsusilə də hazırki dövrdə buna daha çox ehtiyac var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət