Bayram və istirahət günlərində gözlənilən hava şəraiti AÇIQLANIB
11:24 06.11.2023
Cəmiyyət
491
Noyabrın 8-12-də Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəçəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 10-u axşamdan 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
Şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər və 10-da axşam qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da gündüz dağlıq ərazilərdən başlayaraq 12-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Gecə və səhər saatlarında duman olacaq.Qərb küləyi 5-10 m/s, bəzi günlərdə arabir 15-18 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-3° isti, gündüz 5-9° isti olacaq.
Qazax, Gəncə, Goranboy,Tərtər, Füzuli rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər şərq rayonlarından başlayaraq, 10-da səhər isə dağlıq rayonlardan başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gündüz, 10-da isə gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-23° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-18° isti olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm