BDU Qazaxıstanın Avrasiya Milli Universiteti ilə ikili diplom proqramı imzalayıb
Yusif Nəzərli
13:44 09.12.2022
Cəmiyyət
492
Bakı Dövlət Universiteti (BDU) dünyanın bir çox nüfuzlu universitetləri ilə ikili diplom proqramları çərçivəsində əməkdaşlığı davam etdirir.
"Sherg.az" xəbər verir ki, BDU və Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında magistratura səviyyəsində “Biotexnologiya” ixtisaslaşmasında kadr hazırlığı məqsədilə ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
İkili diplom proqramı BDU-nun Biologiya fakültəsi ilə L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Təbiət elmləri fakültəsinin adıçəkilən ixtisaslaşma üzrə magistratura proqramları əsasında canlı orqanizmlərin və bioloji sistemlərin, bitki və heyvan hüceyrələrinin, subhüceyrə komponentlərinin və bioloji makromolekulların köməyi ilə ərzaq, sənaye və tibb məhsullarının istehsalı sahəsində hərtərəfli biliyə malik mütəxəssislərin hazırlanmasına yardım edəcək.
Proqram çərçivəsində eyni zamanda biologiya, biotexnologiya elmlərinin fundamental və tətbiqi metodlarından istifadə etməklə praktik problemləri təsnif və həll edə bilən mütəxəssislər yetişdiriləcək.
Qeyd edək ki, Avrasiya Milli Universitetində biologiya və biotexnologiya sahəsində yüksək səviyyədə bakalavr, magistr və doktorant hazırlığı həyata keçirilir. Sözügedən universitet QS WUR-2023 dünya universitetləri reytinqində 277-ci, QS ECCA-2022 reytinqində isə 42-ci pillədə yer alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya