Bələdiyyə institutları yaradılsın! – “İcraların səlahiyyətləri onlara verilsin”
Yusif Nəzərli
14:09 13.12.2021
Cəmiyyət
833
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir. İnstitutun baş direktoru Zakir Eminov APA-ya müsahibəsində bildirib ki, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları demək olar ki, heç bir iş görmür. “Hansı inzibati rayonda hansı işi görmək lazımdır ki, rayonun mərkəzi hökumətdən dotasiyası az olsun.
Yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Ərazi bölgüsünün problemi yoxdur, idarəetmədə problemlər var. Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda onları birləşdirmək olar. Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. İdarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır”, - baş direktor vurğulayıb.
Təklifi dəyərləndirən iqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az” a söyləyib ki, bəzi rayonların ləğv edilməsi və ya adlarının dəyişdirilməsinə ehtiyac yoxdur:
“Mahiyyət etibarıyla idarəetmə dəyişdirilməlidir. Ümumiyyətlə, Azərbaycanda idarəetmənin təkmilləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, iqtisadi regionlar üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin oluna bilər. Rayon icra hakimiyyətləri, o cümlədən, inzibati orqanların olması, əslində brükokratik əngəldir. İndiki dövrdə rayon icra hakimiyyətlərinin səlahiyyətlərini bələdiyyələrə, yerli idarəetmə orqanlarına vermək daha məqsədə uyğun olar”.
N.Bəydəmirli qeyd edib ki, səlahiyyətlərin verilməsilə kifayətlənilməməlidir:
“Xatırladım ki, Azərbaycan Avropa Şurasına qəbul olunan zaman belə bir öhdəliyi də var idi ki, böyük şəhərlərdə və digər yerlərdə bələdiyyə institutları yaradılsın. Onlar xalqın sosial-iqtisadi problemlərini daha operativ, daha şəffaf idarəetmə yolu ilə həll edə bilərlər. Mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin verilməsilə müsbət addım atılmış olacaqdır. Hesab edirik ki, burada da təkcə belə səlahiyyətlərin verilməsi ilə kifayətlənilməməlidir”.
Həmçinin N.Bəydəmirli seçkilərlə bağlı mövzuya da toxunub:
“Yerli bələdiyyə orqanlarına şəffaf seçkilər keçirilməlidir. Çünki vətəndaşlar öz seçdiyi təşkilatlardan və şəxslərdən nəyisə tələb etməyi daha yaxşı bacarırlar. Elə orqanlarda çalışan zaman məsuliyyət daha çox olur. İndiki durumda bələdiyyələrə seçkilər əvvəlki kimi keçiriləcəksə, dəyişməyə ehtiyac yoxdur”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat