Bələdiyyələr də bina və mənzil sahiblərindən vergi istəyir
Yusif Nəzərli
09:26 14.12.2022
Cəmiyyət
585
Əkrəm Həsənov: "Vətəndaş bələdiyyənin normativ xarakterli aktının mövcud olmadığı səbəbindən məsuliyyətə cəlb oluna bilməz"
Son zamanlar bələdiyyələr torpaq mülkiyyətçilərindən torpaq vergisinin, bina və mənzil mülkiyyətçilərindən isə əmlak vergisinin ödənilməsini tələb edirlər.
Hüquqşünas Əkrəm Həsənov isə “Şərq”ə açıqlamasında deyib ki, Vergi Məcəlləsinin 8-ci maddəsinə görə, bələdiyyə vergilərinə fiziki şəxslərin torpaq və əmlak vergisi aiddir: “Məcəllədə həmin vergilərin dərəcələri də təsbit edilib. Amma 4.4-cü maddədə o da vurğulanıb ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Yəni hər bələdiyyə ərazisində tutulan verginin dərəcəsini müəyyən etməlidir. Bələdiyyələr bunu hansı hüquqi aktda müəyyən etməlidir?
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü və 4.1.6-cı maddələrinə əsasən, bələdiyyələrin əhali üçün məcburi qərarları normativ xarakterli akt formasında rəsmiləşdirilməlidir. O cümlədən həmin akt 78-ci maddəyə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Lakin Azərbaycan bələdiyyələrinin indiyədək həmin Reyestrə daxil etdikləri bir akt var – nizamnamələri.
Beləliklə, Vergi Məcəlləsi yerli (bələdiyyə) vergiləri nəzərdə tutsa da, hətta onların yuxarı həddini müəyyən etsə də, bələdiyyələr sırf özlərinə münasibətdə bu cür vergiləri normativ xarakterli aktlarında təsbit etməyiblər. Buna görə də vətəndaşlar həmin vergini ödəmədiyi təqdirdə bələdiyyələr qanuni alətlərlə heç nə edə bilməzlər. Vətəndaş bələdiyyənin normativ xarakterli aktının mövcud olmadığı səbəbindən məsuliyyətə cəlb oluna bilməz.
Hüquqi savadsızlığın və etinasızlığın bədəli budur! Zatən bu, nəticə olaraq bələdiyyələrimizin yeganə problemi deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi