Bəşər tarixində ilk! - Günəşə ilk toxunuş baş tutdu
Yusif Nəzərli
08:35 16.12.2021
Cəmiyyət
734
NASA dünyada ilk dəfə olaraq kosmik peykin Günəş planetinin səthinə toxunduğunu açıqlayıb. İlk dəfə olaraq kosmik peyk Günəşin xarici atmosferinə toxunaraq keçib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, NASA-nın açıqlamasında “Parker” adlı kosmik peyk Günəş atmosferinin “Korona” - Günəş Tacı adlandırılan xarici təbəqəsinə qısa zaman kəsiyində daxil olub-çıxdığı bildirilir. Tarixdə lk dəfə baş vermiş bu hadisə bu ilin aprel ayında olub. Lakin məlumatlar analiz edilərək dəqiqləşdikdən sonra – indi açıqlanır. Hədsiz isti və radiasiyaya məruz qalan peykin topladığı məlumatlar elm adamlarının Günəş barədə yeni bilgilər əldə etməsinə kömək edəcək.
BBC Türkcə xəbər verir ki, NASA yetkililərindən Nicola Fox “necə ki, Aya uçmaq Ayın necəliyini anlamağa yardımçı oldu, eləcə də Günəşə toxunmaq da lap yaxınlıqdakı parlaq ulduzu və onun Günəş sistemi üzərindəki təsirini öyrənmək üçün nəhəng bir addımdır”, deyib. “Parker”in günəşə toxunmaq missiyası NASA-nın indilərdə yürütdüyü ən iddialı layihələrdən biridir. Kosmosa göndərilən peyk 3 ildir ki, Günəşin ətrafında fırlanır, ona yaxınlaşmağa çalışırdı. Peykin sürəti saatda 500 min kilometrdir. Məqsəd Günəşin atmosferinə sürətlə daxil olub-çıxmaq və yandırıcı istidən qorunmaq üçün qalın qalxanla örtülmüş cihazlarla məlumat əldə etmık idi. Peyk yalnız bu il aprelin 28-də Günəşin “Alfven” adlandırılmış təbəqəsi – “korona” təbəqəsinin xarici səthindən içəri daxil ola bilib. Bu nöqtədən başqa Günəşə aid bütün hissəciklər cazibə qüvvəsinin təsirindən çıxaraq kosmosa yayılır.
“Parker” Günəş atmosferinin xarici səthinə 13 milyon kilometr yüksəklikdə yetişə bilib. Və 3 dəfə Günəş atmosferinin xarici səthinə daxil olub-çıxıb. NASA bu layihəni gerçəkləşdirməklə dünyanın maqnit sahəsini təsiri altına alan Günəşdəki partlamaların səbəbini öyrənməyi hədəfləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat