Binəqədinin hakimi qanunları tapdalayır
Yusif Nəzərli
23:30 14.12.2021
Cəmiyyət
490
18 min manatın taleyi həll olunmur
"Təsəvvür edə bilməzsiniz, hakim deyir, “nə edə bilərəm, qadın xeylağıdı, türməyə salım?!”
“2019-cu ildə bir nəfərə 18 min manat borc pul vermişəm. İki ildir, pulumu geri ala bilmirəm”. Anar Həbib oğlu Əmrahov belə bir şikayətlə “Şərq”ə müraciət etdi. Məhkəmənin qərarının icra edilmədiyini deyən Anar Əmrahov başına gələnləri danışdı:
- 2019-cu ildə bir tanışımın xahişi ilə onun rəfiqəsinə 18 min manat borc pul verdim. Xanım dedi ki, 1-2 aya pulu qaytaracaq. Artıq 2 il keçir, hələ də pulu qaytarmayıb. Üstəlik, az qala məni borclu çıxarır. Pulu həmin şəxsə notarial qaydada vermişəm. Sənədli-sübutlu.
Sənəddə qeyd olunurdu ki, pulu alan şəxs 3 ay müddətində qaytarmalıdır. 3 aylıq müddət keçdikdən sonra sənəd qüvvəsini itirdi. Mən məhkəməyə iddia ərizəsi ilə müraciət etdim.
Pulu alan xanım Binəqədi rayonu, Dərnəgül qəsəbəsindəki yataqxanalardan birində yaşayır, amma Ağdam rayonunda qeydiyyatdadır. Buna görə də işə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Ağdam Rayon Məhkəməsində baxıldı. Xanım da məhkəmə prosesində iştirak etdi.
Məhkəmə mənim – zərərçəkmişin xeyrinə qərar çıxardı. Lakin xanım məhkəmənin qərarından apelyasiya şikayəti verdi və bu dəfə işə Gəncə Apelyasiya Məhkəməsində baxıldı. Gəncə Apelyasiya Məhkəməsi də Ağdam Rayon Məhkəməsinin qərarını düzgün hesab etdi və pulun qaytarılmasına dair qərar verdi.
Amma xanım yenə qərarla razılaşmadı və Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də məni haqlı saydı. Başqa cür ola da bilməzdi. Çünki ortada sənəd, sübut var. Qərarın icrası isə xanım hazırda Binəqədi rayonu ərazisində yaşadığı üçün Binəqədi Rayon Məhkəməsinə həvalə edildi. O vaxtdan da iş düyünə düşüb. Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev başıma oyun açır. Aylardır, məni get-gələ salıb. “Gözlə, pulunu alıb, qaytaracam”, deyir, məni yola salır. Artıq 1 ildir. Məni süründürürlər. Təsəvvür edə bilməzsiniz, hakim deyir, “nə edə bilərəm, qadın xeylağıdı, türməyə salım?!”. Deyirəm, barəsində axtarış verin, çağırış göndərin, tələb edin. Məhkəmənin qərarı icra olunmalıdır. Məhkəmə qərarlarının ərazi üzrə icraçıları var. Onlara tapşırın, qərarın icrasını həyata keçirsinlər. Lakin heç bir tərpəniş yoxdur.
A.Əmrahov Binəqədi Rayon Məhkəməsinin yarıtmaz işindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ədliyyə Nazirliyinə şikayət məktubu göndərəcəyini dedi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat