Bir il əvvəl əfvə düşən şəxs yeniyetməni bıçaqladı
Yusif Nəzərli
08:58 31.05.2022
Cəmiyyət
456
Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən 2001-ci il təvəllüdlü Vüqar Rəsulova hökm oxunub.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Məhkəmədə bildirilib ki, Vüqar Rəsulov 2019-cu ildə də bıçaqlanma hadisəsi törədib. Həmin vaxt ona 3 il həbs cəzası verilib. Lakin 2021-ci ildə Novruz bayramı ərəfəsində verilmiş Əfv sərəncamı əsasında V.Rəsulov cəzasının qalan hissəsindən azad edilərək cəzaçəkmə müəssisəsindən buraxılıb.
Bundan 6 ay sonra, yəni 2021-ci ilin sentyabrında isə Vüqar yenidən bıçaqlanma hadisəsi törədib. Bu dəfə o, Xətai rayonu Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü Rəsul Bədəlovu (ad şərtidir - red.) bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.
V.Rəsulov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Qeyd edək ki, məhkəmədə Vüqarın yetkinlik yaşına çatmayan Rəsulu əsassız yerə bıçaqlaması məlum olub. Bəlli olub ki, hadisədən bir neçə gün əvvəl onlar metronun “Əhmədli” stansiyası yaxınlığında rastlaşıb və baxışları toqquşub. Vüqar Rəsuldan niyə ona tərs-tərs baxdığını soruşub və cəzalandıracağını deyib. Daha sonra isə Rəsul Vüqarın onun haqqında təhqiramiz sözlər danışdığını eşidərək Vüqarın olduğu “Dost qapısı” kafesinə gedib. Burada onlar dalaşıblar və Vüqar belində gəzdirdiyi bıçaqla yeniyetmənin döş qəfəsinə ağır xəsarət yetirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm