"Biz bu işi Azərbaycan-Türkiyə qardaşlığı üçün yapdıq" - Özgür Honça
Məlahət Rzayeva
12:27 12.12.2019
Cəmiyyət
1166
Üzərində dahi şəxslərin fotoları olan pul nişanı Fransada basılıb və əsil avro ilə eyni dəyərdədir
Avropa Mərkəzi Bankı tərəfindən üzərinə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə və Bakı fatehi Nuru Paşanın rəsimləri basılmış “avro” xatirə pul nişanlarından biri “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, Qafqaz-İslam Ordusu tarixinin araşdırmaçısı Akif Aşırlıya hədiyyə edilib.
Layihənin müəllifi Özgür Honça ilə əlaqə saxladıq və dəyərli hədiyyəyə görə ona təşəkkür etdik. Özgür bəy qeyd etdi ki, gördüyü bu işi Türkiyə-Azərbaycan qardaşlığına ərməğandır:
- Məhəmməd Əmin Rəsulzadə də, Nuru Paşa da bizim üçün çox dəyərli, sayğın şəxslərdir. Biz bu işi Azərbaycan-Türkiyə qardaşlığı üçün yapdıq.
Ö.Honça bildirdi ki, üzərində iki dahi şəxsin fotoları olan pul nişanı Fransada basılıb və əsil avro ilə eyni dəyərdədir:
- “0” göstərişli avro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir. Bu, bir rəmzdir. Xatirədir. Və bizim Azərbaycan Xalq Cümhuriyyətinə, Bakının xilaskarı Qafqaz-İslam Ordusunun komandanı Nuru Paşaya ehtiramın göstəricisidir. Özgür Honça daha bir yeniliyi bizimlə paylaşdı. Bildirdi ki, 2020-ci ilin mart ayında üzərində Azərbaycanbın sabiq prezidenti, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin fotosu olan xatirə pul nişanı buraxılacaq. İşlər qarşıdan gələn yanvar ayında başlanacaq, martda isə başa çatacaq. Elçibəyin fotosu olan xatirə pul nişanının özəl tarixdə təqdim olunacağı da istisna deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm