Bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar - DEPUTAT
Yusif Nəzərli
03:43 03.05.2025
Cəmiyyət
527
Turistlərin 77 faizi yalnız Bakıda gecələyib
Regionlarda bu sahə inkişaf etmir, qiymətlər yüksək, keyfiyyət aşağıdır
2025-ci ilin ilk rübündə hotel və mehmanxana tipli obyektlərdə turistlərin gecələmə sayı 484.9 min olub. Turistlərin üstünlük verdiyi hotellərin 77,5 faizi Bakıdakı mehmanxanalarda qeydə alınıb. Göründüyü kimi xaricilər Azərbaycanın digər bölgələrinə yox, əsasən Bakıya üstünlük verirlər. Yəni ölkəyə gələn hər 100 turistin 77-si paytaxtdan kənara səfər etmir. Ekspertlərin sözlərinə görə, bu data həm də regionlarda turizmin strateji inkişafı istiqamətləri baxımdan da siqnallar verir.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, xaricilərin ikinci ən çox üstünlük verdiyi yaşayış məntəqəsi Qusar rayonudur. Deputatın sözlərinə görə, bu da birbaşa həmin bölgəmizdə qış turizminin inkişafı ilə bağlıdır:
"Xaricilər üçün ilk üçlüyü Naftalan tamamlayır. Bu də həmin şəhərimizdə sağlamlıq turizminin təmərkəzlüşməsi ilə bağlıdır. Deməli, regionlarda ənənəvi mövsümi turizm ilə yanaşı və əslində, daha çox yeni turizm məhsullarına ehtiyac var. Turistlər üçün cəlbedici olan qış, sağlamlıq turizmi ilə yanaşı, tarixi, dini və mədəni turizmin də inkişafı vacibdir. Bütün bunlar ilə yanaşı, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq
ABŞ Xark adasına hücum etsə, İran hədəf dairəsini genişləndirəcək
18:58 29.03.2026
Gündəm
Paşinyana qarşı hücum cəhdi ilə bağlı daha bir nəfər HƏBS EDİLİB
18:50 29.03.2026
Gündəm
İran ordusu ABŞ-nin quru əməliyyatına hazır olduğunu BƏYAN EDİB
18:44 29.03.2026
Gündəm
Göyçay çayından sel keçir
18:38 29.03.2026
Aktual