Borcu olanlar risk qrupuna daxildir - Psixoloq
Yusif Nəzərli
02:55 29.04.2025
Cəmiyyət
366
Ancaq onlar bilmirlər ki, borc da, iflas da həyatın bir hissəsidir, sonu deyil
“Əgər bir insan daim ümidsiz danışırsa, gələcəklə bağlı heç bir plan qurmaq istəmirsə və ya "heç nə dəyişməyəcək" kimi ifadələr işlədirsə, vəziyyət ağırdır deməkdir”
Azərbaycanda son illərdə sahibkarlar və iş adamları arasında borc səbəbilə intihar edənlərin sayı artmaqdadır. Bu hallar iqtisadi çətinliklərin və maliyyə yükünün insan psixologiyasına təsirini göstərir. Sahibkarların borc səbəbilə həyatlarına son qoyması, təkcə fərdi faciə deyil, həm də iqtisadi və sosial siyasətin ciddi çatışmazlıqlarını üzə çıxarır. Qeyd edək ki, Göyçay rayonunda intihar hadisəsi baş verib. 1977-ci il təvəllüdlü Əflatun İsmayılov yaşadığı Ləkçıplaq kəndindəki evdə özünü asıb. Bildirilib ki, Ə.İsmayılov ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar çoxlu borcu yaranıb. Onun xarici ölkələrə kənd təsərrüfatı məhsulları apardığı qeyd edilib. Faktla bağlı araşdırma aparılır.
Mütəxəssislər hesab edirlər ki, borc səbəbilə intihar hallarının qarşısını almaq üçün sistemli tədbirlər görülməlidir. Hesab edirlər ki, sahibkarlara psixoloji dəstək, maliyyə məsləhətləri və borc restrukturizasiyası imkanlarının yaradılması vacibdir.
Psixoloq Gülnarə Əliyeva da “Sherg.az”a açıqlamasında borc səbəbilə intihar hallarının artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu deyib:
“İnsanlar çox vaxt elə düşünürlər ki, intihar edənlər sadəcə maliyyə sıxıntısından bu addımı atır. Əslində isə səbəb daha dərindir. Borc yalnız maddi məsələ deyil — bu, insanın özünü, ailəsini və cəmiyyət qarşısında məsuliyyət hiss etməsidir. Borca görə intihar edən insanlar əsasən çıxışsızlıq və ümid itkisi yaşayır. Onlar hər şeyin bitdiyini, artıq vəziyyəti düzəldə bilməyəcəklərini düşünürlər.
Sözsüz ki, belə hallarda sosial təzyiqin də çox böyük rolu var. Bizim cəmiyyətimizdə uğursuzluq, xüsusən maliyyə sahəsində, çox sərt qarşılanır. İnsanlar "necə yəni borcunu qaytara bilmədi?", "necə yəni biznesi batdı?" kimi düşünür. Bu cür qınaq və sosial təzyiq fərdi daha da tənhalaşdırır və depressiyaya salır. Unutmayaq ki, psixoloji olaraq tənhalaşan insan daha sürətli şəkildə çıxışsızlıq hissinə qapılır”.
Psixoloqun sözlərinə görə, əgər bir insan daim ümidsiz danışırsa, gələcəklə bağlı heç bir plan qurmaq istəmirsə və ya "heç nə dəyişməyəcək" kimi ifadələr işlədirsə, bu, risk siqnalıdır:
“Belə hallarda insanı sakit şəkildə dinləmək, onu tənqid etmədən yanında olduğumuzu hiss etdirmək çox vacibdir. Ən əsas isə onu mütləq bir mütəxəssisə – psixoloqa və ya psixoterapevtə yönləndirmək lazımdır. Bizdə insanlar hələ də psixoloqa müraciət etməyi zəiflik kimi görürlər. Halbuki psixoloji yardım həm emosional yükü azaltmaq, həm də vəziyyətə obyektiv baxmaq üçün çox vacibdir. İkinci, dövlət və qeyri-hökumət qurumları tərəfindən borc restrukturizasiyası, hüquqi məsləhət və sosial dəstək proqramları gücləndirilməlidir. İnsan bilməlidir ki, o, tək deyil və çətinliklərdən çıxmaq mümkündür. Hər bir çətinlik keçicidir. Borc da, iflas da həyatın bir hissəsidir, sonu deyil. İntihar isə daimi bir qərardır və onu dəyişdirmək mümkün olmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq