Böyük xərclər tələb olunacaq
02:26 02.03.2021
Cəmiyyət
574
"Google", "Facebook", "Amazon" kimi şirkətlərə alternativlər yaratmaq çətin məsələdir
"Əslində müəyyən tənzimləyici addımlar atmaqla, mövcud resurslardan bəhrələnmək bəlkə də ən doğrusu olardı"
Türkiyə Prezidenti yanında Rəqəmsal Dəyişiklik İdarəsinin rəhbəri Ali Taha Koç, texnologiya sahəsində dünya nəhəngləri olan şirkətlərə alternativlərin ortaya çıxarılmasını hədəflədiklərini bildirib. "Google", "Facebook", "Amazon", "Microsoft", "Apple" şirkətlərinin texnologiya sahəsindəki gücünə qarşı "yerli və milli" alternativlərin çıxarılmasını istədiklərini deyən Koç vurğulayıb: "Möhtərəm Prezidentimiz həmişə deyir ki, "dünya beşdən böyükdür". Mən də rəqəmsal anlamda ona oxşar fikri deyirəm:
Dünya GAFAM-dan böyükdür. GAFAM, yəni, Google, Apple, Facebook, Amazon, Microsoft. Google, bizim bütün axtarış sistemlərimizi bilir. Apple həm kompüterimizi, həm də telefonumuzu bilir. Biometrik məlumatlarımızdan başqa barmaq izlərimizi də götürüb. Facebook kimi sevib-sevmədiyimizi, nə yeyib-içdiyimizi belə bilir. Amazon, necə alış-veriş etdiyimizi, hansı filmləri izlədiyimizi, nəyi xoşlayıb-xoşlamadığımızı bilir. Microsoft, istifadə etdiyimiz bütün əməliyyat sistemlərimiz barədə məlumatlara malikdir".
Koç, "bu şirkətlər bu qədər çox məlumata malik olduğu halda sizin müstəqillik və demokratiyadan danışmağınız bir az çətindir. Çünki bu beş korporasiya sizinlə bağlı bir çox dövlətin bildiyi məlumatdan daha artığını bilir. Əgər bu korporasiyalar əllərindəki bütün məlumatları biri-birləri ilə paylaşsalar halımız pis olacaq. Bu prizmadan baxıldığında məlumat təhlükəsizliyi bizim sərhədlərimizin təhlükəsizliyi qədər önəmli və əhəmiyyətlidir", deyə bəyan edib.
Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, "yerli və milli" alternativlərin çıxarılması bir qədər çətin prosesdir. Onun sözlərinə görə, bu cür layihələr xüsusilə auditoriyanın böyük olduğu yerlərdə daha çox üstünlük qazanır:
"İlk növbədə bu cür layihələrin reallaşması üçün böyük kütləvi auditoriya lazımdır. Düşünürəm ki, əgər bu ancaq lokal türk dünyası üçün nəzərdə tutulursa, bunun uğurlu olacağı bir qədər şübhəli görünə bilər. Nəzərə alaq ki, burada Google, Apple və digər qlobal rəqəmsal resurslar üçün bazar elə də böyük deyil. Amma təbii ki, bazarda 70 milyona qədər sosial media istifadəçiləri var".
O.Gündüz hesab edir ki, "yerli və milli" alternativlərin oturuşması üçün böyük xərclər tələb olunacaq:
"Bura marketinq, reklam xərcləri və s. daxildir. Fikrimcə, əslində müəyyən tənzimləyici addımlar atmaqla, mövcud resurslardan bəhrələnmək bəlkə də ən doğrusu olardı. Düzdür, son dövrlərdə Türkiyənin bu istiqamətdə uğurlu addımları var. Məsələn, Youtube, Facebook, Google bir neçə resurs var ki, artıq onlarla müəyyən anlaşma var.
Yaxud da ki, Türkiyənin qanunvericiliyinin pozulmaması və reklam xərclərindən istifadə olunması şərtləri daxilində müəyyən anlaşma əldə olunubdur. Onlar artıq orda fəaliyyət göstərirlər. Amma alternativ belə yerli resurslar çox böyük xərclər tələb edir. Əgər yetərincə vəsait varsa, düşünürəm ki, bu məqbul ola bilər.
Yoxdursa, hesab edirəm ki, bu elə də asan uğur qazanan layihələr deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya