Bu yay çimərliklərə icazə veriləcək? - AÇIQLAMA
10:22 31.03.2021
Cəmiyyət
416
Qarşıdan çimərlik mövsümü gəlir. Çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi isə cəmiyyəti maraqlandıran məsələlərdən biridir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, çimərliklərin fəaliyyətinə icazə verilməsi hər bir insandan asılıdır:
“Azərbaycanda vaksinasiyanın başa çatması üçün əhali həmrəylik göstərməlidir, çünki vaksinləşmə kollektiv immunitetin əmələ gəlməsi üçün ən vacib elementlərdən biridir. Təbii ki, əgər biz bu prosesi uğurla başa vurarıqsa çimərlik mövsümündən istifadə edə bilərik. Çimərlik mövsümündən yararlanmaq üçün indidən tədbirli olmalıyıq.
Vaksinləşmə ilə yanaşı qoyulan qaydalara da riayət etməliyik. Təbii ki, çimərliklərə icazə verilməsi barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərargah tərəfindən veriləcək. Ancaq biz özümüzü dəniz, çimərlik mövsümünə hazırlamaq istəyiriksə, indidən özümüzü qorumalıyıq, vaksinasiya prosesində aktiv iştirak etməliyik. Təbii ki, qaydalara riayət edəriksə, özümüzü qoruyarıqsa yoluxmaların sayı da azalar və epidemioloji vəziyyət yaxşı olar. Belə olan halda isə çimərliklərdən faydalana bilərik.
Çimərliyə getmək istəyənlər indidən qaydalara riayət etməlidir. Təbii ki, əgər yoluxma sayı 4 000-5 000 olarsa, çimərliklərin fəaliyyətinə necə icazə vermək olar?! Bu, virusun daha çox yayılmasına, daha çox insanların ölümünə səbəb olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya