Cəbrayılın Soltanlı, Zəngilanın Cahangirbəyli kəndlərinə növbəti olub

​Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi davam etdirilir.

​APA-nın yerli bürosu xəbər verir ki, noyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç olub.

​Bu mərhələdə Cəbrayılın Soltanlı kəndinə köçən isə 16 ailəyə (80 nəfər), Zəngilanın Cahangirbəyli kəndinə qayıdan 19 ailəyə (75 nəfər) evlərin açarları təqdim edilib.

​Açarların təqdim olunması mərasimlərində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

​Qeyd edək ki, bununla da bu gün ümumilikdə 35 ailə (155 nəfər) doğma yurdlarında daimi məskunlaşma ilə təmin olunub.