Son xəbərlər

Rusiyada “16 yaşında hamilə” formatında realiti-şounun bağlanması tələb olunur

Rusiyada vətəndaşlar “16 yaşında hamilə” formatında yayımlanan realiti-şounun qadağan edilməsini tələb edirlər.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının Ailə məsələləri üzrə komissiyasının sədri Sergey Rıbalko TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, verilişin qadağan olunması ilə bağlı valideynlərdən müraciətlər daxil olur.

Rıbalko qeyd edib ki, şounun yaradıcıları ailənin və hamiləliyin qorunmasını əsas məqsəd kimi təqdim etsələr də, verilişdə erkən cinsi münasibətlərə geniş yer verilir.

O hesab edir ki, bu məzmun dolayı yolla erkən cinsi münasibətləri təbliğ edir.

Qeyd edək ki, Dövlət Dumasının deputatı Nina Ostanina da daha əvvəl verilişin qadağan edilməsini təklif edib.