Ceyhun Bayramov İslam Şurası Məclisinin sədri ilə görüşüb
19:07 09.12.2020
Cəmiyyət
351
Ceyhun Bayramov İranda İslam Şurası Məclisinin sədri ilə görüşüb
İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüşü baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, İslam Şurası Məclisinin sədri Azərbaycan ərazilərinin azad edilməsini sülh və davamlı təhlükəsizliyin həyata keçirilməsi istiqamətində vacib addım adlandırıb. O, İran və Azərbaycan arasında hərtərəfli əməkdaşlıq səviyyəsinin artırılmasının əhəmiyyətini qeyd edərək, bunun üçün mövcud müxtəlif potensiallardan istifadə olunmasını vurğulayıb.
İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, mədəni və digər əməkdaşlıq səviyyələrinin, habelə sərhədlərarası əməkdaşlığın artırılmasından bəhs edib.
Nazir Ceyhun Bayramov İranın nüvə aliminin terror nəticəsində qətlə yetirilməsi ilə bağlı başsağlığı bildirib. O, Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini pislədiyini qeyd edib və bu terror aktının qəbuledilməz olduğunu bildirib.
Nazir Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsindən bəhs edərək, İran İslam Respublikasının yüksək səviyyəli nümayəndələrinin, o cümlədən İran İslam İnqilabı Ali Rəhbərinin, Prezidentin, eləcə də deputatların dəstək mövqelərini məmnunluqla vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya