“Daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək” - Deputat
Turan
14:25 19.05.2020
Cəmiyyət
786
“Bu ilin əvvəlində dövlət başçısı ünvanlı sosial yardıma daha çox insanların cəlb edilməsi üçün hökumətə tapşırıqlar verib”.
“Sherg.az”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
Deputat bildirib ki, dəyişikliklərin hamısı mütərəqqi xarakter daşıyır:
“Bu, vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir. Ünvanlı sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin olması hissəsi bu layihə ilə ləğv edilir. Layihə qəbul edildikdən sonra faktiki yaşadığı ünvan nəzərə alınmaqla, ünvanlı sosial yardım almaq üçün müraciət oluna biləcək. Həmçinin yeni layihə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin aradan qalxmasına xidmət edəcək. Daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək. Yeni layihədə müsbət məqamlardan biri də ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin sayının minimuma endirilməsidir. Müraciət edən şəxs sadəcə ailə tərkibi haqqında məlumat verməli olacaq və digər sənədlər elektron qaydada bazadan götürüləcək. Bu layihə qəbul ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı qaydalarında da dəyişiklik edilməsi nəzərdə tutulur. Buna əsasən artıq götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol