Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib
15:16 08.11.2020
Cəmiyyət
434
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.
Nazirlikdən Sherg.az daxil olan müraciətdə bildirilir ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğal altında olan Şuşa şəhərinin azad olunması ilə bağlı müjdəsi xalqımızın sevincinə səbəb olub.
"Gün ərzində paytaxt sakinlərinin bu əlamətdar hadisəni qeyd etmələri üçün heç bir məhdudiyyət yaradılmayıb. Küçə və prospektlərdə hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunub.
Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikamızda hərbi vəziyyət davam edir və bununla əlaqədar, Bakı şəhəri də daxil olmaqla, bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir".
Qeyd olunub ki, həmçinin ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub: " Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək evlərini tərk etməmələrini xahiş edirik.
Diqqətə çatdırırıq ki, hərbi vəziyyət rejiminə uyğun olaraq tətbiq olunan komendant saatı qaydalarına əməl olunmalı, koronavirus infeksiyasını unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq.
Bir daha vətəndaşlarımızdan qayda-qanunlara, o cümlədən koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən, komendant saatından irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.
Unutmayaq ki, biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual